Ştat cədvəlində nəzərdə vəzifənin ləğv edilməsi necə rəsmiləşdirilməlidir?

Ştat cədvəlində nəzərdə vəzifənin ləğv edilməsi necə rəsmiləşdirilməlidir?

Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” (IV nəşr) kitabından seçmə

Təcrübədə bəzən ştat cədvəlində nəzərdə tutulan vakant vəzifələrin ləğv edilməsi (ştat cədvəlindən çıxarılması) ilə bağlı hallara da rast gəlinir. Bu halda əmrin nümunəvi forması aşağıdakı kimi olacaq.

 

Blank “Alov” MMC

ƏMR

№________

İmişli şəhəri                                                        ____ __________2019-cu il

Ştat cədvəlinə dəyişiklik edilməsi haqqında

“Alov”MMC-nin təşkilati struktrunun təkmilləşdirilməsi məqsədi ilə

ƏMR EDİRƏM:

  1. Cəmiyyətin direktorunun ____ ______ 2019-cu il tarixli, ____№-li əmri ilə təsdiq olunmuş 1 yanvar-31 dekabr 2019-cu iş ili üçün ştat cədvəlində aşağıdakı dəyişikliklər edilsin:

1.1. Kassir-satıcı vakant vəzifəsinin sayı 1 (bir) ştat vahidi azaldılsın.

1.2. Vakant olan 1 (bir) ştat vahidi aparıcı arxivarius və 1 (bir) ştat vahidi arxivarius vəzifələrindən ibarət Arxiv işi şöbəsi ştat cədvəlindən çıxarılsın.

  1. Əmrin icrasına nəzarət Kadrlarla iş şöbəsinin müdiri Ağazadə Nazlı Həsənağa qızına həvalə olunsun.

 

Direktor _______ Nəbili N.N.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat - satışı bitib
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

0 Komment

    Şərh yazın

    Xəbərlər