İşçinin əmək qabiliyyətini müvəqqəti itirməsi necə rəsmiləşdirilir?

İşçinin əmək qabiliyyətini müvəqqəti itirməsi necə rəsmiləşdirilir?

Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” (II nəşr) kitabından seçmə

İşçi əmək qabiliyyətini müvəqqəti itirmə vaxtı başa çatdıqdan sonra işə çıxdığı gün xəstəlik vərəqələrini müəssisənin müdiriyyətinə təqdim etməlidir. Müdiriyyət xəstəlik vərəqəsinin müvafiq bölmələrində lazımi qeydlər edir və xəstəlik vərəqələrini (siyahı üzrə) müavinətin təyin olunması üçün müavinəti təyin edən komissiyaya təhvil verir.

Komissiya xəstəlik vərəqələri əsasında Əsasnaməyə görə müavinət almaq hüququnu, ödənilməli günlərin sayını və sığortaolunanın qazancından müavinətin təyin edilməsini protokola yazır və xəstəlik vərəqəsi komissiyanın sədri və ya komissiyanın səlahiyyətli üzvü tərəfindən imzalanır.

Müavinət təyin edildikdən sonra, komissiya və ya komissiyanın səlahiyyətli üzvü, müavinətin hesablanması və ödənilməsi üçün xəstəlik vərəqələrini müəssisənin mühasibatlığına verir. Xəstəlik vərəqələri, o cümlədən ödənişə aid edilməyən xəstəlik vərəqələri müavinət təyin edilməsi protokolunda imza olunmaqla verilir.

Protokola əsasən, müəssisənin mühasibatlığı əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara ilk 14 təqvim günü üçün müavinətin hesablanmış məbləğini sığortaedənin vəsaiti hesabına ödəyir. Əgər işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi müddəti 14 təqvim günündən çox olarsa, müavinətin ödənilməsi yuxarıda adı çəkilən Əsasnamə ilə müəyyən edilmiş qaydada aparılır.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsi halında DSMF-nin rayon (şəhər) şöbəsinə xəstəlik vərəqəsi və müavinəti təyin edən komissiyanın iclasının protokolunun surəti təqdim edilir. Sənədlərin nümunəvi formalarını təqdim edirik.

Ərizənin nümunəvi forması

  “Atəş” MMC-nin direktoru

Nəbili Nüsrət Nadir oğluna

Kadrlarla iş şöbəsinin mütəxəssisi

Quliyeva Əsmər Qadir qızı tərəfindən

 

ƏRİZƏ

Əmək qabiliyyətimin 03 avqust 2019-cu il tarixindən 28 avqust 2019-cu il tarixinə kimi müvəqqəti itirildiyi 26 (iyirmi altı) təqvim günlük dövr üçün müavinət ödənilməsini  xahiş edirəm.

Qoşma:

Xəstəlik vərəqəsi, 1 vərəq, 1 nüsxə

___________ Quliyeva M.R.

Tarix: ________

Müavinət komissiyasının iclas protokolunun nümunəvi forması:

«Atəş» MMC-nin

Müavinət komissiyasının iclasının

PROTOKOLU № _____

Füzuli şəhəri                                       ____     ____________2019-cu il

 Müavinət komissiya Kadrlarla iş şöbəsinin mütəxəssisi Quliyeva Əsmər Qadir qızının əmək qabiliyyətinin itirildiyi 26 təqvim günlük (03 avqust 2019-cu il tarixindən 28 avqust 2109-cu il tarixinədək) dövr üçün müavinətin təyin edilməsi barədə ərizəsinə və  təqdim etdiyi xəstəlik vərəqəsinə baxaraq

QƏRARA ALDI:

İşçinin əmək qabiliyyətinin 03 avqust 2019-cu il tarixindən 28 avqust 2109-cu il tarixinədək müvəqqəti itirildiyi 26 (iyirmi altı) təqvim günlük dövr üçün ilk 14 (on dörd) təqvim günü üçün “Atəş” MMC tərəfindən, sonrakı 12 (on iki) təqvim günü üçün isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Füzuli Rayon Şöbəsi tərəfindən müavinət ödənilsin.

Komissiyanın sədri ___________ Əliyev Adil Camal oğlu

 

Komissiyanın üzvü ___________Qalabəyov Əlimərdan Həsən oğlu

 

Komissiyanın üzvü ___________Məmmədov Kamil Amil oğlu

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat - satışı bitib
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

0 Komment

    Şərh yazın

    Xəbərlər