İşdənçıxma müavinəti üçün orta aylıq əmək haqqı hesablanmasının yeni metodu hansıdır?

İşdənçıxma müavinəti üçün orta aylıq əmək haqqı hesablanmasının yeni metodu hansıdır?

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” (II nəşr) kitabından seçmə

Əmək Məcəlləsinin 177-ci maddəsinin ikinci hissəsinə əsasən, əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla qalan bütün hallarda işçinin orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqının cəmini həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir.

Maddədən göründüyü kimi, orta əmək haqqının hesablanmasında məqsəd bir iş gününə düşən məbləği tapmaqdır. Əmək müqaviləsinə xitam zamanı yanaşma fərqli ola bilər. Çünki işçi vəfat edərsə və ya ixtisar olunarsa, o halda artıq işçinin işlədiyi günlər olmayacağından Əmək Məcəlləsinin 177-ci maddəsindəki bir iş gününə düşən orta əmək haqqını tətbiq etmək çətinləşir.   Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının qərarı ilə təsdiq edilən illik iş vaxtı normasına və istehsalat təqviminə diqqət yetirsək, görərik ki, sənədin sonunda orta aylıq iş günlərinin sayı qeyd edilib. Misal üçün, 2022-ci il üzrə istehsalat təqvimində orta aylıq iş günlərinin sayı 20,08 gündür. Təklif edərdik ki, işəgötürənlər əmək müqaviləsinə xitam zamanı həmin göstəricidən istifadə etsinlər.

Mİsal 3. İşçi 10 mart 2022-ci il tarixdə vəfat edir. İşçinin yanvar və fevral ayları üzrə orta aylıq əmək haqqı müvafiq olaraq 600 manat və 700 manat olub. 2022-ci ilin yanvar və fevral aylarında iş günlərinin sayının müvafiq olaraq 18 iş günü və 20 iş günü olmasını nəzərə alsaq, Əmək Məcəlləsinin 177-ci maddəsinin tələblərinə əsasən, bir iş gününə düşən orta əmək haqqı 34,21 manat ( (600 manaat (yanvar ayı üzrə orta əmək haqqı) + 700  manat (fevral ayı üzrə orta əmək haqqı)/ (18 iş günü (yanvar ayı üzrə iş günlərinin sayı) + 20 iş günü (fevral ayı üzrə iş günlərinin sayı)) təşkil edəcək. Əmək Məcəlləsinin 77-ci maddəsinin yeddinci hissəsinə əsasən, işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Bu zaman işəgötürən bir iş gününə düşən orta əmək haqqını 2022-ci il üzrə orta aylıq iş günlərinin sayına vurur və sonra həmin məbləğin üç mislini tapmaqla vəfata görə işdənçıxma müavinətini hesablayır.

Misalımıza uyğun işdənçıxma müavinəti 2060,81 manat (34, 21 manat (bir iş gününə düşən orta aylıq əmək haqqı) x 20,08 iş günü (2022-ci il üzrə istehsalat təqvimində orta aylıq iş günlərinin sayı) x 3 (Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən əmək haqqının misli)) təşkil edəcək.

Hesablamanı öncəki səhifədə qeyd etdiyimiz kimi  apardıqda işdənçıxma müavinəti 1950 manatdır ki, (((600 manaat (yanvar ayı üzrə orta əmək haqqı) + 700  manat (fevral ayı üzrə orta əmək haqqı)/2 x 3 misli (Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən hesablanan əmsal)) bu da istehsalat təqvimindəki orta aylıq iş günlərinin vasitəsilə apardığımız hesablama məbləğindən aşağıdır.

İşəgötürənlərə orta aylıq iş günlərinə uyğun hesablama həyata keçirməyi tövsiyə edirik.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat - satışı bitib
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər