İşçiyə əvəzgün (day off) verilməsi zamanı vacib məqam
Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” (II nəşr) kitabından seçmə
İşəgötürən istirahət günü işə cəlb etdiyi işçiyə əvəzgün kimi bir yox, iki gün verməklə, ona əlavə əmək haqqı hesablanmasını həyata keçirmək istəmir.
Mİsal. İşəgötürən işçini 13 fevral 2022-ci il (bazar günü) işə cəlb edib. İşəgötürən qərar verir ki, işçi 17 və 18 fevral 2022-ci il tarixlərində işə gəlməsin və nəticədə aylıq iş norması üzrə eyniləşdirmə alınsın. İşəgötürənin bu cür qərar verməsi əmək qanunvericiliyinin tələblərinə zidd olduğu üçün yalnış hesab ediləcək. Çünki Əmək Məcəlləsi işçinin işlədiyi vaxta görə əmək haqqının hesablanmasını mütləq şərt kimi müəyyən edib. Əvəzgün yalnız işçinin ikiqat əmək haqqının hesablanmasının kompensasiyası kimi verilə bilər. İşçi bazar günü işə çıxıbsa, o zaman işlədiyi iş vaxtına görə əmək haqqı alması mütləq tələbdir.
Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ
1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)
Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
0 Komment
Şərh yazın