Son 12 ayda işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi halı baş verərəsə, müavinət necə hesablanır?

Son 12 ayda işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi halı baş verərəsə, müavinət necə hesablanır?

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” (II nəşr) kitabından seçmə

Əsasnamədə müəyyən hallar nəzərdə tutulub ki, həmin dövrlər üçün iş günlərinin sayı azadılmalıdır. Əsasnamənin 28-ci maddəsində qeyd edilir ki, orta gündəlik qazancın hesablanması zamanı iş günlərinin sayından aşağıdakı dövrə düşən iş günləri çıxılmalıdır:

- əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr;

- hamiləliyə və doğuma görə verilən məzuniyyət dövrü;

- uşaq 3 yaşına çatanadək ona qulluq edilməsinə görə verilən məzuniyyət dövrü;

- məcburi dövlət sosial sığorta haqqı hesablanmayan digər dövrlər.

MİsaL. “A” MMC-nin işçisi əmək qabiliyyətini 1-17 fevral 2022-ci il tarixlərində müvəqqəti itirib və bununla bağlı xəstəlik vərəqəsini işəgötürənə təqdim edib. Xəstəlik vərəqəsinə əsasən, işçi əmək qabiliyyətini itirdiyinə görə 12 iş günü işdə olmayıb. Hesab edək ki, heç bir sosial kateqoriyaya aid olmayan işçinin 10 illik sosial stajı var. İşçinin əvvəlki 12 aya görə əmək haqqı 2600 manat təşkil edib. İşçi cəmi 100 iş günü analıq məzuniyyəti və uşağa qulluğa görə məzuniyyətdə olub.

Öncəki misalda hesab etdik ki, fevral 2021 – yanvar 2022-ci il tarixləri ərzində iş günlərinin sayı şərti olaraq 241 gün olub. Bizim misalda isə işçi 100 gün işləməyib.

Müavinətin hesablanması üçün hazırladığımız düsturdan istifadə edək:

Müavinətin məbləği = (((Əvvəlki 12 ayın qazancı) / (Əvvəlki 12 ayda iş günlərinin sayı) x Müavinət dövründəki iş günlərinin sayı) x (Staj və  kateqoriyaya görə faiz)

Müavinətin məbləği =  (((2600 manat / (241 gün -100 gün) x 12 gün x 80 faiz=  177, 02 manat

Qeyd edək ki, proqram təminatında iş günlərindən qanunvericiliyin tələblərinə uyğun çıxılmalar haqqında məlumatı daxil etmək üçün “Bir iş gününə düşən orta gündəlik qazancın təyin edilməsi” bölməsində “Çıxılan iş günləri” sütununun müvafiq sətrinə daxil olmaq lazımdır.

Həmin sütuna daxil olduqdan sonra çıxılan iş günlərinin sayını yazmaqla yanaşı, səbəbini də qeyd etmək lazımdır.

 

 Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

0 Komment

    Şərh yazın

    Xəbərlər