İşçi sənədlərin əldə edilməsi üçün necə müraciət etməlidir? (Nümünəvi forma)

İşçi sənədlərin əldə edilməsi üçün necə müraciət etməlidir? (Nümünəvi forma)

İndi isə hansı sənədlərin surətlərinin kimlərə verilməsi məsələsinə diqqət yetirək. Qeyd edək ki, bu da çox maraqlı məsələrdəndir. İşçi və yaxud artıq işdən çıxmış keçmiş işçi təşkilatdan Əmək kitabçasından çıxarış, işə qəbulla, vəzifəsinin artırılması və ya  kiçildilməsi və mükafatlandırılması ilə bağlı əmrlərdən çıxarış ala bilər. Bu tip sənədləri almaq üçün işçi ərizə ilə təşkilatın rəhbərinin adına müraciət etməlidir. Belə ərizənin birinin nümunəvi formasını aşağıda təqdim edirik.

--------------------------------------------------------------------------------------

“Alov” MMC-nin direktoru

cənab Nüsrət Nəbiliyə

Maliyyə şöbəsinin mühasibi

Hümbət Əliyev tərəfindən

ƏRİZƏ

Əsas iş yerimdə saxlanılan Əmək kitabçamda müvafiq qeydlərin aparılması məqsədilə işə qəbul olunmağımla bağlı əmrimin surətinin müvafiq qaydada təsdiqlənərək mənə təqdim olunmasına göstəriş verməyinizi xahiş edirəm.

________ Hümbət Əliyev

Tarix: _______

--------------------------------------------------------------------------------------

İşəgötürən tərəfindən işçiyə hansı sənədlərin verilməsilə bağlı Əmək Məcəlləsinin 88-ci maddəsində bəhs edilir:

Maddə 88. İşçiyə arayışların, xasiyyətnamənin verilməsi və onların başqa yerlərə göndərilməsi şərtləri

  1. İşəgötürən işçinin müraciəti əsasında ona vəzifəsi (peşəsi), müvafiq dövr ərzində qazancı barədə arayış, arxiv məlumatları, şəxsi sənədlərinin təsdiq edilmiş surətlərini, habelə onun peşəkarlıq, işgüzarlıq səviyyəsini və digər şəxsi xüsusiyyətlərini xarakterizə edən xasiyyətnamə verməyə borcludur.

Göründüyü kimi maddədə aydın şəkildə yazılıb ki, işçinin təşkilatda fəaliyyəti ilə bağlı aparılmış rəsmiləşdirmələrə uyğun olaraq, bütün sənədləri əldə edə bilər. Bu zaman yuxarıda qeyd etdiyimiz kimi işçinin müraciəti əsasdır. İşçinin qazancı (əmək haqqı, mükafat və sair) barədə verilən sənədlərin əhatə etdiyi dövrlə bağlı hər hansı vaxt məhdudiyyəti nəzərdə tutulmur: bu, bir aylıq da ola bilər, 6 aylıq da, iki illik də.

 

Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) və  “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı 2 yeni nəşri SATIŞDA

1 Komment

  1. Fəridə 22 Oktyabr 2021

    Salam, Sualım əmək məzuniyyəti ilə bağlıdır. İş ili üzrə əmək məzuniyyəti hesablanarkən işçi ödənişsiz məzuniyyətdə olubsa, həmin müddətə məzuniyyət günü düşür? ya çıxılır? Öncədən təşəkkür

Şərh yazın

Xəbərlər