Uzunmüddətli müqavilələr üzrə gəlir necə hesablanır?

Uzunmüddətli müqavilələr üzrə gəlir necə hesablanır?

Satışı davam edən “Vergi uçotu: A-dan Z-yə”  (II nəşr) kitabının “Mənfəət vergisi” bölməsindən seçmə

 Vergi Məcəlləsinin 138.2-ci maddəsinə əsasən, vergi ödəyicisi hesablama metodu ilə uçot aparırsa, uzunmüddətli müqavilələrlə bağlı gəlir və bu gəlirdən çıxılan məbləğlər vergi ili ərzində müqavilələrin yerinə yetirilməsinin faktiki həcmlərinə uyğun olaraq uçota alınır.

Misal. Vergi ödəyicisi tikinti işlərinin həyata keçirilməsi qarşı tərəflə 12 aylıq müqavilə imzalayıb. 200 000 manat məbləğində olan müqavilədə nəzərdə tutulan işlər 2020-ci ilə təsadüf edən 5 ayda və 2021-ci ildə olan 7 ayda görüləcək.

Vergi ödəyicisinin 200 000 manatlıq tikinti- quraşdırma işinin smeta dəyəri 160 000 manat təşkil edir.  Vergi ödəyicisi 2020-ci il tarixdə 92 000 manatlıq faktiki xərc cəkib.

Bu zaman vergi ödəyicisi 2020-ci il üzrə gəliri necə tanınmalıdır?

Vergi Məcəlləsinin 138.3-cü maddəsinə əsasən, müqavilənin yerinə yetirilməsinin faktiki həcmi vergi ili ərzində çəkilmiş xərcin həmin müqavilədə nəzərdə tutulan ümumi qiymətləndirilən xərclərlə müqayisə edilməsi yolu ilə müəyyənləşdirilir.

Bizim misalımızda müqavilədə nəzərdə tutulan ümumi qiymətləndirilən xərclər 160 000 manat, faktiki xərc isə 90 000 manatdır. Deməli, əmsalımız 0,5625 (90 000 manat / 16000 manat) olacaq.

İndi isə vergi ödəyicisinin 2020-ci il üzrə gəlirini hesablayaq: 200 000 (müqavilənin ümumi dəyəri) x 0,5625. Vergi ödəyicisi 112 500 manat gəlir əldə edib.

Vergi ödəyicisinin xərci isə 90 000 manat olduğundan, vergiyə cəlb olunan gəlir 21 500 manat (112 500 manat - 90 000 manat) olacaq.

 

Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) və  “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı 2 yeni nəşri SATIŞDA

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

1 Komment

  1. MIKAYL 22 Mart 2022

    NE QEDER RIYAZI SEHFLER VAR..KIMSE BAXIB OYRENMEK ISTESE ADAMI DELI EDARSIZ..BIZ AZ DIQETLI OLMAQ OLMAZ.... 1 Vergi ödəyicisi 2020-ci il tarixdə 92 000 manatlıq faktiki xərc cəkib. 2.Bizim misalımızda müqavilədə nəzərdə tutulan ümumi qiymətləndirilən xərclər 160 000 manat, faktiki xərc isə 90 000 manatdır. Deməli, əmsalımız 0,5625 (90 000 manat / 16000 manat) olacaq. 3.Vergi ödəyicisinin xərci isə 90 000 manat olduğundan, vergiyə cəlb olunan gəlir 21 500 manat (112 500 manat - 90 000 manat) olacaq.

Şərh yazın

Xəbərlər