İşçinin bir neçə əlavə məzuniyyəti olarsa, bütün əlavə məzuniyyətlər toplanır?

İşçinin bir neçə əlavə məzuniyyəti olarsa, bütün əlavə məzuniyyətlər toplanır?

Satışı davam edən “Əmək qanunvericiliyi və Şərhlər Toplusu” (II nəşr) kitabının “Məzuniyyətlər” bölməsindən seçmə

Əlavə məzuniyyətlərinin sayı birdən çox olan işçilər üzrə həmin əlavələrin necə hesablanması da maraqlı məsələlərdəndir. Bir neçə əlavə məzuniyyətə malik olan işçilərlə bağlı məsələyə aydınlıq gətirmək üçün Konstitusiya Məhkəməsinə müraciət edilib. Məhkəmənin qərarına keçməzdən öncə Əmək Məcəlləsinin məsələ ilə bağlı tələblərini nəzərdə keçirək.

Əmək Məcəlləsinin 136-cı maddəsində qeyd edilir ki, əsas məzuniyyət, yalnız Əmək Məcələsinin 115 (Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlərin müddətləri) və 116-cı maddələri (Əmək stajına görə əlavə məzuniyyətlərin müddətləri və verilmə qaydası) ilə müəyyən edilmiş əlavə məzuniyyətlərlə cəmlənərək birlikdə verilməlidir.

Maddənin ikinci hissəsində qeyd edilir ki, işçinin eyni vaxtda Əmək Məcəlləsinin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş iki və daha çox əlavə məzuniyyətə hüququ olduqda onun əsas məzuniyyətinə daha çox müddətli bir əlavə məzuniyyət birləşdirilir.

Əmək Məcəlləsinə əsasən, tutaq ki, işçinin əmək stajına görə 4 gün, zərərli iş yerinə görə 6 gün əlavə məzuniyyəti varsa, o zaman ən böyük əlavə tətbiq olunmalıdır. Bu iki maddə üzrə yalnız 6 gün əlavə məzuniyyət verilməlidir.

İndi isə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin mövqeyi ilə tanış olaq. Konstitusiya Məhkəməsinin qərarında qeyd edilir ki, Əmək Məcəlləsinin 136-cı maddəsinin birinci hissəsinə müvafiq olaraq işçiyə əsas məzuniyyət yalnız Əmək Məcəlləsinin 115-ci maddəsində nəzərdə tutulan, əmək şəraitinə və əmək funksiyalarının xüsusiyyətlərinə, habelə həmin məcəllənin 116-cı maddəsində müəyyənləşdirilən əmək stajına görə əlavə məzuniyyətlərlə cəmlənərək birlikdə verilməlidir.

Bu maddənin ikinci hissəsinə əsasən işçinin eyni vaxtda həm əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə, həm də əmək stajına görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 115 və 116-cı maddələrində nəzərdə tutulan iki və daha çox əlavə məzuniyyətə hüququ olduqda, bu maddələrin ayrılıqda hər biri üzrə əldə etdiyi daha çox müddətli bir əlavə məzuniyyət onun əsas məzuniyyətinə birləşdirilir.

İndi isə misal üzərindən maddəni və qərarı izah etməyə çalışaq.

Misal. “A” MMC-nin 12 illik ümumi stajı olan işçisinin əsas  və əlavə məzuniyyəti müvafiq olaraq 30 gün və 4 gün təşkil edir. “A” MMC zərərli iş yeri hesab olunduğu üçün işçiyə 6 gün də əlavə məzuniyyət hesablanır. Bundan əlavə, işçinin 14 yaşınadək 2 uşağı olduğu üçün 2 gün əlavə məzuniyyət hüququna malikdir.

Bu zaman işçinin bütün əlavə məzuniyyət günləri toplanmalıdır. Yəni işçinin əsas məzuniyyəti 30 gün və əlavə məzuniyyət günləri 12 gün (4 gün + 6 gün+ 2 gün) olacaq.

 

Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) və  “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı 2 yeni nəşri SATIŞDA

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər