Xarici təsisçi ilə bağlı praktiki sualın cavabı

Xarici təsisçi ilə bağlı praktiki sualın cavabı

Mks.az saytının eksperti, sərbəst auditor Altay Cəfərovun təqdimatında

Sual: Günaydın. Məsul şəxsdən sualları cavablandırmağı rica edirik. Zəhmət olmasa, cavabları mənbələrlə əsaslandırın.

İlk sual: Şirkətin əsas təsisçisi Ukrayna vətəndaşıdır. Dövlət reyestrindən çıxarışda qanuni təmsilçi olaraq direktor (azərbaycanlı) qeyd olunub. Belə olan halda direktor özü ilə əmək müqaviləsi bağlaya, özünü ezamiyyətə və məzuniyyətə göndərə, əmək haqqını artıra və ya işdən azad edə bilərmi? Yuxarıda qeyd olunan öhdəliklər təsisiçinin ixtiyarındadır, yoxsa bu işlərin icrası üçün hər hansı 1 nümayəndəyə etibarnamənin verilməsi mütləqdir? Əgər direktor ilə bağlı qərar təsisçi tərəfindən verilərsə, bu hansı dildə olmalıdır?


Öncədən təşəkkür edirəm.
Ləman Şahbazova

Cavab: Şirkətin təsisçisi Ukrayna vətəndaşı və direktor Azərbaycan vətəndaşıdırsa, onda işəgötürən kimi təsisçi çıxış edir, yəni Ukrayna vətəndaşı. Bu zaman adi qaydada əmək müqaviləsi bağlanılır, işəgötürən kimi Ukrayna vətəndaşının adı yazılır, imzalanır və şirkətin möhürü vurulur. Və yaxud da təsisçinin nümayəndəsi müqaviləni imzalaya bilər, sadəcə, onun adından etbarnamə olmalıdır. Qərarın hansı dildə yazılması önəmli deyil, amma qeydiyyat orqanları qərarın xarici dildə olmasını tələb edirlərsə (rus və ya ingilis dilində), bu da məntiqlidir.

 

"Kargüzarlıq: A-dan Z-yə" kitabı ARTIQ SATIŞDA + CD diski (qanunvericilik və nümünələr) 

"Kargüzarlıq: A-dan Z-yə" kitabı müvafiq milli normativ hüquqi aktların, dövlətlərarası standartların və ən yaxşı təcrübələrin öyrənilməsi əsasında hazırlanmışdır. Kitabda müəssisə və təşkilatların sənəd dövriyyəsində istifadə olunan sənədlərin tərtibinə və rəsmiləşdirilməsinə müəyyənləşdirilən spesifik və ümumi tələblər tək-tək nəzərdən keçirilmiş, sənədlərin dəyərinin ekspertizası, təşkilat və dövlət arxivlərində mühafizəsi, məhvi məsələləri ətraflı şəkildə izah olunmuş, işgüzar yazışmalar və danışıqlarda əməl olunmalı prinsip və normalara toxunulmuş, hər fəslin sonunda təcrübədə ən çox istifadə olunan sənəd nümunələri yerləşdirilmişdir.

Kitabın üzərində olan xüsusi proqram təminatlı CD diskə kargüzarlıq və arxiv işini əhatə edən bütün qanunvericilik aktları, Azərbaycanın qəbul etdiyi dövlətlərarası standartlar və kitaba daxil ediləndən daha çox sənəd nümunələri yerləşdirilib.
Kitabın qiyməti 28 manat, daimi müştərilərimiz üçün isə 24 manat təşkil edir. Kitabın istənilən ünvana çatdırılması ödənişsiz həyata keçirilir. Kitabı nəğd və ya köçürmə yolu ilə əldə edə bilərsiniz.

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

 

 

2 Komment

  1. Rəfael 07 Yanvar 2019

    İşin xususiyyəti ilə əlaqədar olaraq işçi ayın 15 günün gəmidə işləyir 15 günün evdə olur (iş vaxtının cəmlənmiş uçotu). İşçi evdə olduğu vaxt (yəni ayın işləmədiyi 15 günü ərzində) ƏM-nin 69 və ya 70"Ç" bəndi ilə işdən çıxarıla, töhmət verilə, vəzifəsi dəyişdirilə bilərmi yoxsa işçi mütləq işdə olmalıdır? Əvvəlcədən təşəkkur edirəm.

  2. Elnur Fətullazadə 25 Fevral 2019

    Salam. çox diqqətlə izlədiyim bir saytdır və təşəkkür edirəm sizlərə. sualım belədir. işəgötürən işçini əvvəl peşə təhsilinə cəlb etmək istəyir və bu şərtləki onunla müqavilə imzalamır və ona əmək haqqı hesablamaq istəmir. misal kimi də banklarda stajçı işçiləri misal çəkir. izah verməyinizi xahiş edirəm. öncədən təşəkkürlər.

Şərh yazın

Xəbərlər