Şirkət fəaliyyəti müvəqqəti dondurduqda, analıq məzuniyyətində olan işçini işdən azad etmək olar?

Şirkət fəaliyyəti müvəqqəti dondurduqda, analıq məzuniyyətində olan işçini işdən azad etmək olar?

mks.az-ın eksperti, sərbəst auditor Altay Cəfərovun təqdimatında

Sual: Günaydın. Məsul şəxsdən sualları cavablandırmağı rica edirik. Zəhmət olmasa, cavabları mənbələrlə əsaslandırın.

Şirkətin fəaliyyəti müvəqqəti dondurularsa, analıq məzuniyyətində olan işçini öz xahişi ilə işdən azad edə bilərikmi?

Öncədən təşəkkür edirəm.
Ləman Şahbazova

Cavab: İlkin olaraq Əmək Məcəlləsinə baxaq:
Maddə 79. Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar
1. İşəgötürən tərəfindən:
• ...............................
• məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

Göründüyü kimi işəgötürən tərəfindən məzuniyyətdə olan (analıq məzuniyyətində) işçinin əmək müqaviləsinin ləğv edilməsi qadagandır. Fəaliyyət dayandırılanda belə analıq məzuniyyətində olan işçini işəgötürən işdən çıxara bilməz. Amma analıq məzuniyyətində olan işçinin öz xahişi ilə azad olunmasına Əmək Məcəlləsində hər hansı məhdudiyyətin qoyulmasına rast gəlmədik.

 

"Kargüzarlıq: A-dan Z-yə" kitabı ARTIQ SATIŞDA + CD diski (qanunvericilik və nümünələr) 

"Kargüzarlıq: A-dan Z-yə" kitabı müvafiq milli normativ hüquqi aktların, dövlətlərarası standartların və ən yaxşı təcrübələrin öyrənilməsi əsasında hazırlanmışdır. Kitabda müəssisə və təşkilatların sənəd dövriyyəsində istifadə olunan sənədlərin tərtibinə və rəsmiləşdirilməsinə müəyyənləşdirilən spesifik və ümumi tələblər tək-tək nəzərdən keçirilmiş, sənədlərin dəyərinin ekspertizası, təşkilat və dövlət arxivlərində mühafizəsi, məhvi məsələləri ətraflı şəkildə izah olunmuş, işgüzar yazışmalar və danışıqlarda əməl olunmalı prinsip və normalara toxunulmuş, hər fəslin sonunda təcrübədə ən çox istifadə olunan sənəd nümunələri yerləşdirilmişdir.

Kitabın üzərində olan xüsusi proqram təminatlı CD diskə kargüzarlıq və arxiv işini əhatə edən bütün qanunvericilik aktları, Azərbaycanın qəbul etdiyi dövlətlərarası standartlar və kitaba daxil ediləndən daha çox sənəd nümunələri yerləşdirilib.
Kitabın qiyməti 28 manat, daimi müştərilərimiz üçün isə 24 manat təşkil edir. Kitabın istənilən ünvana çatdırılması ödənişsiz həyata keçirilir. Kitabı nəğd və ya köçürmə yolu ilə əldə edə bilərsiniz.

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

1 Komment

  1. Shefa Bagirova 26 Noyabr 2022

    Salam.Hervaxtiniz xeyir.İsci ise cixdiqdan sonra onu hemen işdən cixarmaq olar?ve ya oz muddeti var?

Şərh yazın

Xəbərlər