Leyla Novruzova: “Müsahibə zamanı bu cür hərəkət qeyri-etikdir və namizədə qarşı hörmətsizlikdir” (V və Son Hissə)

Leyla Novruzova: “Müsahibə zamanı bu cür hərəkət qeyri-etikdir və namizədə qarşı hörmətsizlikdir” (V və Son Hissə)

HR sahəsi üzrə tanınmış mütəxəssis, BP-nin baş ofisində məsul vəzifədə çalışan, hər bir azərbaycanlının fəxr edəcəyi Leyla xanım Novruzova mks.az saytının HR işilə bağlı suallarını cavablandırıb.

Müsahibənin iri həcmli, eyni zamanda çox maraqlı olduğunu nəzərə alaraq, hissə-hissə təqdim edirik.

Müsabibənin 1-ci hissəsilə burdan tanış ola bilərsiniz: 

Müsabibənin 2-ci hissəsilə burdan tanış ola bilərsiniz: 

Müsabibənin 3-cü hissəsilə burdan tanış ola bilərsiniz: 

Müsabibənin 4-cü hissəsilə burdan tanış ola bilərsiniz: 

- İşə qəbulun intervü mərhələsilə bağlı sual vermək istərdik. Bəzi namizədlər şikayət edirlər ki, intervü prosesində 5-ci sinif şagirdlərinin edə biləciyi testlər, tortu 2 dəfə 8 yerə bölmək kimi ənənəvi suallar verilir. Bundan əlavə namizədə  ailə vəziyyəti daxil olmaqla şəxsi sualların verilməsi narazılıqla qarşılanır. Sizcə, intervü prossesi necə şəffaf aparılmalıdır?

 - İşlədiyim təşkilatın - BP-nin işə qəbul sisteminin ideal olduğunu deyə bilmərəm, cünki həyatda ideal heç nə yoxdur.  BP-də namizədlə bağlı yekun prosses bəzən çox vaxt aparır. Amma təşkilatda konkret işə qəbul sistemi var. Misal üçün, hər vəzifə üçün bütün namizədlərə veriləcək suallar mütləq eyni olmalıdır. İntervü vaxtı təxminən 1 saat nəzərdə tutulur və müsahibə panelindəki şəxslər öncədən hazırlanan suallar blankına uyğun namizədi yoxlayırlar. HR sistemində ən çox rast gəlinən hal odur ki, müsahibə komissiyası intervüyə gələn şəxsin uyğunluğunu müəyyən etdikdən sonra, prosesi tez-tələsik yekunlaşdırmağa üstünlük verirlər.  Fikrimcə, müsahibə komissiyasının bu tip qərarı etik cəhətdən düzgün deyil və namizədə qarşı hörmətsizlikdir. İntervyüyə dəvət olunan hər bir şəxsə eyni münasibət göstərilməlidir.

Şəxsi suallara gəlincə isə, birmənalı olaraq namizədin şəxsi həyatı ilə bağlı suallar verilməməlidir. Amma burda bir incə məqam var. Macarıstanda məsul vəzifə üçün keçirilən intervü zamanı bir namizəd bildirdi ki, onun 4 uşağı var, sonbeşik kiçik olduğuna görə, iş vaxtından sonra qalıb işləyə və ya ezamiyyətə gedə bilməz. Təbii ki, namizədə sual verilmədi ki, bəs, o işdə olanda 2 aylıq uşağa kim baxacaq. Cünki bu tip sualların verilməsi cinsi bərabərsizliyin pozulmasıdır. 2 aylıq uşağı olan kişiyə bu tip suall verilir ki, qadına da verislin?!

- İntervünün nəticəsinin necə rəsmiləşdirilməsi də maraqlıdır. İmtina olunan hər bir namizədə bu barədə məlumat verilməlidir?

- Çalışdığım təşkilatda namizədlər bir neçə mərhələdə süzkəçdən keçirilir. İlkin olaraq, sistem vacib şərtlərin uyğunluğunu yoxlayır. Misal üçün, Azərbaycan vətəndaşları olan şəxslər üçün elan olunan intervüyə Gürcüstan vətəndaşı müraciət edirsə, sistem avtomatik olaraq, imtina cavabı göndərir. Sistem qəbul etdikdən sonra 2-ci mərhələ odur ki, namizəd vəzifəyə uyğun şəxslər tərəfindən yoxlanılır və qısa cavab göndərilir: “Müraciət üçün təşəkkür edirik, amma Sizin müraciətiniz növbəti mərhələyə keçmədi.” İntervyuya gələn şəxslərlə bağlı isə təbii ki, daha detallı və əsaslandırılmış cavab göndərilir.

- Sonuncu sualım işçilərin davranış qaydaları ilə bağlıdır. Necə fikirləşirsiniz, işçilərin sosial şəbəkələrdə fəaliyyəti tənzimlənməlidir, yoxsa sərbəstlik verilməlidir?

-  Fikrimcə, müəyyən tənzimləyici qaydalar olmalıdır. Şirkətin nüfuzuna təsir edən paylaşımlara yol verilməməlidir, amma şəxsi həyatla bağlı hər hansı qadağaya ehtiyac yoxdur.  Leyla Novruzova kimi deyirəm ki, əgər mən şirkət rəhbəri olsaydım, işçilərin sosial şəbəkələrdəki fəaliyyətlərinə həssas yanaşardım. Fikrimcə, işçinin ictimai yerlərdə, leksikondan kənar və ya yalnış fikirlər bildirməsi şirkətin nüfuzuna mənfi təsir edə bilər.

"Kargüzarlıq: A-dan Z-yə" kitabı 22 oktyabrdan  SATIŞDA

"Kargüzarlıq: A-dan Z-yə" kitabı müvafiq milli normativ hüquqi aktların, dövlətlərarası standartların və ən yaxşı təcrübələrin öyrənilməsi əsasında hazırlanmışdır. Kitabda müəssisə və təşkilatların sənəd dövriyyəsində istifadə olunan sənədlərin tərtibinə və rəsmiləşdirilməsinə müəyyənləşdirilən spesifik və ümumi tələblər tək-tək nəzərdən keçirilmiş, sənədlərin dəyərinin ekspertizası, təşkilat və dövlət arxivlərində mühafizəsi, məhvi məsələləri ətraflı şəkildə izah olunmuş, işgüzar yazışmalar və danışıqlarda əməl olunmalı prinsip və normalara toxunulmuş, hər fəslin sonunda təcrübədə ən çox istifadə olunan sənəd nümunələri yerləşdirilmişdir.

Kitabın üzərində olan xüsusi proqram təminatlı CD diskə kargüzarlıq və arxiv işini əhatə edən bütün qanunvericilik aktları, Azərbaycanın qəbul etdiyi dövlətlərarası standartlar və kitaba daxil ediləndən daha çox sənəd nümunələri yerləşdirilib.
Kitabın qiyməti 28 manat, daimi müştərilərimiz üçün isə 24 manat təşkil edir. Kitabın istənilən ünvana çatdırılması ödənişsiz həyata keçirilir. Kitabı nəğd və ya köçürmə yolu ilə əldə edə bilərsiniz.

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

"Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA

Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.

Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.
Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 

012 564 86 85, 050 368 12 72, [email protected]

"Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018" SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

 (əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət  və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

 
 
 

0 Komment

    Şərh yazın