Leyla Novruzova: "...İşçiyə rahatlıqla deyirlər ki, səninlə yollarımızı ayırırıq"(IV hissə)
HR sahəsi üzrə tanınmış mütəxəssis, BP-nin baş ofisində məsul vəzifədə çalışan, hər bir azərbaycanlının fəxr edəcəyi Leyla xanım Novruzova mks.az saytının HR işilə bağlı suallarını cavablandırıb.
Müsahibənin iri həcmli, eyni zamanda çox maraqlı olduğunu nəzərə alaraq, hissə-hissə təqdim edirik.
Müsabibənin 1-ci hissəsilə burdan tanış ola bilərsiniz:
Müsabibənin 2-ci hissəsilə burdan tanış ola bilərsiniz:
Müsabibənin 3-cü hissəsilə burdan tanış ola bilərsiniz:
- Leyla xanım, əmək qanunvericiliyi ilə bağlı iradlarınız sirf bu məsələyə görə idi, yoxsa başqa səbəblər də var?
- Sosial güzəşt məsələsi birinci əsas qeyddir, digər məsələ isə işçilərin işdən çıxarılması prosesi, daha doğrusu, bu məsələnin qanunvericilk həllilə bağlıdır.Bugünlərdə Macarıstanda idim, vaxtilə eyni düşərgəni paylaşdığımız üçün onların əmək qanunvericliyi ilə bizimki arasında böyük oxşarlıqlar var. Amma Macarıstanın əmək qanunvericiliyinə əsasən, nəticələri yaxşı olmayan işçiyə 3 aylıq sınaq müddəti verilir. Bu müddət ərzində özünü doğrultmayan işçini təşkilatın rəhbərliyi rahatlıqla işdən azad edə bilər. Ölkəmizdə isə fərqlidir: menecer işçinin işindən razı deyilsə, bunu mütləq əsaslandırmalıdır, yəni sadəcə “işini bəyənmirəm” deməklə mümkün deyil. İntizam tənbehi dövründə isə, işçinin yalnız ciddi səhvi olarsa, işdən azad etmək olar.
Azərbaycanın əmək qanunvericiliyində təşkilatın daxili prosedurlarına əsasən pis nəticəsi olan işçini işdən çıxartmaq mümkün olmur, Əmək Məcəlləsinin bu sahədə tələbləri həddən artıq sərt və uzun müddət tələb edən prossesdir. Əmək Məcəlləsində işçinin birbaşa azad edilməsinə imkan verən çox az sayda hallar qeyd olunub. Məsələn, Amerika Birləşmiş Ştatlarında işçini işdən çıxartmaq hətta Avropa ölkələrinin qanunvericiliyinə nisbətən çox asan bir prossesdir. Amerikada menecerlər bir gün işçiyə rahatlıqla deyə bilərlər ki, işin təşkilatı qane etmədiyinə görə səninlə yollarımızı ayırırıq və əmək müqaviləsini ləğv edirik. Təbii ki, əmək müqaviləsinin bu cür ləğv edilməsinin də tərəfdarı deyiləm. Amma işçinin əmək müqaviləsinə xitam verilməsinin “qızıl orta xətti” ölkəmizdə tətbiq olunmalıdır.
- Leyla xanım, son zamanlar iş elanlarının mətni və tələbləri ilə bağlı narazılıqlar mövcüddür. Yaş, cins və təcrübə tələblərinin olması, Sizcə, standartlara uyğundur?
- Bu cür halların olmasına çox pis baxıram. Bu diskriminisiyadır, şəxsən mən belə elan verən şirkətdə çalışmaram. Fikrimcə, iş elanında cins və yaş tələbləri göstərilməməlidir, ancaq tələb olunan işlə bağlı bacarıqlar və təhsil bilikləri haqqında məlumatlar qeyd olunmalıdır. Misal üçün, qazıntı işi ilə bağlı vakansiya üzrə çalışmaq üçün mühəndis təhsili olması vacibdir. Təbii ki, tibb təhsilli şəxs bu vakansiyaya müraciət etməyəcək. Tərcübə məsələsinə gəlincə, bütün vakansiyalar üçün 5-10 il iş təcrübəsi tələb etmək düzgün olmaz. Təbii ki, müəyyən məsul vəzifərlər var ki, həmin vakansiyalara 10 il iş təcrübəsi tələbi qoymaq olar. Sonda bir daha demək istəyirəm ki, vakansiyalarda insanın rəngi, orientiyası, yaşı və cinsi ilə bağlı tələblər qoyulmamalıdır.
- İşə qəbulun intervü mərhələsilə bağlı sual vermək istərdik. Bəzi namizədlər şikayət edirlər ki, intervü prosesində 5-ci sinif şagirdlərinin edə biləciyi testlər, tortu 2 dəfə 8 yerə bölmək kimi ənənəvi suallar verilir. Bundan əlavə namizədə ailə vəziyyəti daxil olmaqla şəxsi sualların verilməsi narazılıqla qarşılanır. Sizcə, intervü prossesi necə şəffaf aparılmalıdır?
(Ardı var)
Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA
Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.
Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.
Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub
0 Komment
Şərh yazın