Uğurlu HR mütəxəssisi olmağın 3 əsas sirri (I hissə)

 Uğurlu HR mütəxəssisi olmağın 3 əsas sirri (I hissə)

HR sahəsi üzrə tanınmış mütəxəssis, BP-nin baş ofisində məsul vəzifədə çalışan, hər bir azərbaycanlının fəxr edəcəyi Leyla xanım Novruzova mks.az saytının HR işilə bağlı suallarını cavablandırıb.

Müsahibənin iri həcmli, eyni zamanda çox maraqlı olduğunu nəzərə alaraq, hissə-hissə təqdim edirik.

  • Leyla xanım, xahiş edirik, uğurlu karyeranız haqqında saytımızın oxucularına qısa da olsa, məlumat verərdiniz.

- Əmək fəaliyyətimə 25 il bundan öncə başlamışam. 2000-ci ildən, düz 18 ildir ki, insan resursları sahəsində fəaliyyət göstərirərm. İş təcrübəmdə ölkəmizlə yanaşı, xarici ölkələrdə çalışmaq da var:  4 il Rusiyada, 3 il ABŞ-da, qısa müddət Pakistanda çalışmışam. 5 il BP-nın AGT (Azerbaijan, Georgia, Turkey) regionu üzrə insan resursları üzrə vitse-prezident vəzifəsində çalışmışam. 2 aydır ki, AGT Region at BP Exploration (Caspian Sea) Ltd HR VP  direktoru təyin edildiyimə görə 01 avqust 2018-ci ildən Londona köçməli oldum. Hal-hazırda baş ofisdə çalışıram.

-  Son zamanlar ölkəmizdə HR sahəsində karyerasını qurmaq istəyənlərin sayı ildən-ilə artır.  Sizcə, yaxşı HR mütəxəssisi olmaq üçün hansı əsas xüsusiyyətlərə malik olmaq vacibdir?

- Fikrimizcə, vəzifəsindən asılı olmayaraq, hər bir işçi calışdığın vəzifədə işini ən yüksək səviyyədə icra etməyə çalımalıdır. İş prosesində yaranan imkanlardan da istifadə etməyi bacarmaq lazımdır. Bəzən insanlar hər hansı imkan yarananda tərəddüd edir ki, 2 və ya 5 ildən sonra bu imkanlar mənə nə verəcək. Məncə, hər işçi onun üçün yaranan imkanları düzgün qiymətləndirərək istifadə etməlidir.

Yaxşı HR mütəxəssisi olmaq üçün, ilk növbədə çalışdığı təşkilatı yaxşı anlamaq lazımdır.  HR mütəxəssisi təşkilatın əsas fəaliyyəti haqqında məlumatlı olmalıdır, bilməlidir  ki, təşkilatın biznesi nə ilə “nəfəs alır” və biznesin inkişafına  necə kömək edə bilər.  Yalnız bu halda o işçilərin biznesin sahələr üzrə düzgün təyinatla işləməsinə dəstək ola biləcək. İşçi seçimləri “Right people, Right roles” prinspi ilə olmalıdır. Əgər HR mütəxəssisdə bu qabiliyyət varsa, o zaman həm onun karyerası, həm də təşkilatın biznesi uğurlu olacaq.

HR mütəxəssislərinin 2-ci əsas xususiyyəti onların ədalətli olmasıdır. O çətin situasiyalarda tərəf tutmamalıdır. Faktlara araşdırıb, tərəfləri dinləyib ədalətli qərar verməlidir.
HR mütəxəssisinin üçüncü əsas xüsusiyyəti kimi onların “flexability” olmalarını, yəni, adaptasiya və dəyişikliklərə uyğun hərəkətlər etmələrinin vacibliyini qeyd edərdim. Düzdür, HR-mütəxəssisləri müəyyən prosedur və qaydalarla işləyir, amma bəzi hallarda onlar həmin qaydalardan kənara çıxmaqdan qorxmamalıdır.

Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA

Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.

Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.
Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

 (əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət  və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

 
 
 

0 Komment

    Şərh yazın