İsa Həsənov: "Real olaraq daimi işlə çalışanların xidməti müqavilə ilə çalışması qadağan ediləcək"

İsa Həsənov: "Real olaraq daimi işlə çalışanların xidməti müqavilə ilə çalışması qadağan ediləcək"

Xidməti müqavilələrlə bağlı yeni qaydalar hazırlanır və yaxın vaxtlardan tətbiqinə başlanacaq.   Əsas yeniliklərdən biri xidməti müqavilə ilə çalışanların Siyahısınnı tutulması olacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdindəki dövlət məşğulluq xidmətinin şöbə müdiri İsa Həsənov bildirib ki, nazirliyin saytında yaradılacaq məşğul şəxslərin reyestrində əmək müqaviləsi ilə yanaşı olaraq artıq xidməti müqaviləsi ilə çalışanlar da əksini tapacaq. Nəticədə ölkədə bütün işləyənlər qeydə alınacaq, elcə də onların hansı formada  - əmək müqaviləsi və ya xidməti müqavilə ilə çalışdığı göstəriləcək.

Bundan başqa, mülki-hüquqi müqavilə (yəni xidməti müqavilə ilə) çalışanlarla bağlı yeni tələblər qoyulacaq. Belə ki, real olaraq daimi işlə çalışanların xidməti müqavilə ilə çalışması qadağan ediləcək. Xidməti müqavilə yalnız müvəqqəti olan və ya iş yerinə standart qrafiklə gəlmək tələb olunmayan işlərdə icazə veriləcək: «Əgər işçi 3-4 ildir çalışırsa, üstəlik hər gün saat 9-da gəlib 6-da gedirsə, bu artıq əmək münasibətidir. Belə çıxır ki, həmin həxs daimi işçi kimi çalışır və onun xidməti müqavilə ilə çalışması düzgün deyil».

Yeni yanaşma belə işlərdə çalışanların xidməti müqavilədən əmək müqaviləsinə keçidini nəzərdə tutur: «Yanaşma odur ki, kimlər ki, daimi işlərdə işləyirlər, onların xidməti müqavilələri dəyişib əmək müqaviləsinə daxil edilməlidir. Elə işlər var ki, işçi həmin işlərdə daima iş yerində olmalıdır. Məsələn, ofisiant, satıcı və sair».

Xidməti müqavilələr isə konkret qrafiki olmayanlar üçün məqbul olacaq: «Tutaq ki, şirkət daxili kompüter şəbəkəsinə xidmət göstərilməsi üçün işçi axtarır, daxildən bir daimi işçi istəmirsə, mütəxəssisə müraciət edir. O hərdən gəlib nəzarət edir – belə şəxslər xidməti müqavilə ilə işləyə bilərlər».

Müvəqqəti işlərə gəlincə, şöbə müdirinin sözlərinə görə, 3-4 aylıq, maksimum 6 aylıq işlər xidməti müqavilə ilə tənzimlənə bilər. Amma hələ bu məsələ müzakirə edilir. 

Mənbə: Fed.az

 “Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA

Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.

Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.
Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

 (əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət  və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər