Altay Cəfərovdan məzuniyyət haqqının əmsallaşdırıması ilə bağlı daha bir AÇIQLAMA

Altay Cəfərovdan məzuniyyət haqqının əmsallaşdırıması ilə bağlı daha bir AÇIQLAMA

Ötən günlərdə saytımızda mks.az saytının eksperti, sərbəst auditor Altay Cəfərov əmək məzuniyyətinin hesablanması zamanı ötən dövr üçün məzuniyyət pulunun əmsallaşdırılması ilə bağlı sualı cavablandırmışdı.

Təlimçi Emin Səttarov sosial şəbəkədə Altay müəllimın bu cavabını paylaşaraq aşağıdakı qeydləri edib:

“Əmsallaşdırma zamanı məzuniyyət məbləği də artırılır? Bu halla bağlı izah düzgün deyil. Əmsallaşdırma aparılmamasına əsas olaraq məzniyyətə görə verilən məbləğin "məzuniyyət haqqı" olması və həmin məbləğin ƏM-157 maddəsində qeyd olunan məbləğə daxil olmaması göstərilib.

Məzuniyyətin hesablaması yazıda qeyd olunan kimi olsaydı adı qaydada (əmsallaşdırma olmadıqda da) əmək məzuniyyəti hesablayanda keçmiş iş ilinə görə verilən "məzuniyyət haqqı" izahın nəticəsinə görə götürülməməlidir. Çünki ƏM-140 və 157 maddələrində məzuniyyət haqqı qeyd olunamayıb.

Baxılası maddələr: ƏM 140-ci maddələrin bütün bəndi (məzuniyyət hesablanmasına baxmayaraq müvafiq müddət üçün nəticə əmək haqqı hesablanır.), 157-ci maddə yox 154 maddə və NK 137 nömrəli qərar”.

Mks.az saytı məsələ ilə bağlı Altay Cəfərovun fikrini öyrənib. Həmin qeydləri diqqətinizə çatdırırıq: “Əmsallaşdırma ilə bağlı verdiyim açıqlamaya münasibəti oxudum, qeyri-peşəkar bir davranışın şahidi oldum. İstənilən şəxs fikrini bildirməkdə, normativ hüquqi aktlar haqqında açıqlamalar verməkdə azaddır, amma həmkarının açıqlamaları ilə bağlı birbaşa “səhvdir” ifadəsini işlətmək peşə etikasına ziddir. Mən şəxsən bəzən böyük yanlışlıqları görsəm belə, həmişə həmkarlarımın  fikrinə hörmətlə yanaşmışam.

Açıqlamaya gəlincə, deyim ki, “səhvdir” kimi qəti hökm verən şəxs heç bir maddəyə, qaydalara normal formada istinad etməyib. Açıqlamalarda olan ifadələr heç bir məntiqə uyğun gəlmir. Əmək Məcəlləsinin 154-cü maddəsində “Əmək haqqı nədir?” sualına cavab verilib, 157-ci maddədə isə  əmək haqqına konkret nə aiddir, onlar yazılıb. Əgər iddia edilən kimi olsaydı, o zaman Əmək Məcəlləsində yazılardı ki, əmək məzuniyyəti də əmək haqqının tərkib hissəsidir.

NK qərarında yazılıb ki, əmsallaşdırma konkret əmək haqqılara tətbiq edilir. Tutaq ki, əmək məzuniyyəti şəxsin dediyi kimi əmsallaşdırır. O zaman sual olunur ki, necə əmsallaşdırır. Yaxşı olardı ki, o, normal formada misallar üzərində geniş açıqlama versin.

Burada ən vacib məqamı odur ki, əmək məzuniyyəti əvvəlki 12 ayın nəticəsinə görə hesablanılır. Belə çıxır ki, son əmək məzuniyyəti əmsallaşdırılırsa, orada olan əvvəlki ilin əmək məzuniyyəti də bir daha yenidən əmsallaşdırılır? Axı, əvvəlki ilin əmək məzuniyyəti  artıq  bir dəfə əmallaşdırılılmaqla hesablanılıb. Cari əmək məzuniyyətində artıq əmsallaşdırılmış əmək məzuniyyəti varsa, yenidən əmsallaşdırma necə ola bilər?"

 “Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA

Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.

Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.
Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

 (əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət  və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

 

1 Komment

  1. Leyla 06 Oktyabr 2018

    Salam. Menim bir sualim vardi. Bildiyimiz kimi isci işden çıxdıgı zaman onunla son haqq hesab aparılır ve kadr şöbesı muhasıbatlıq sektoruna son haqq hesab vereqesı teqdım edir. Burda ıkı soz var: 1- ısçının mezunıyetden ıstıfade edılmeyen teqvım gunlerının sayı 2) ıscının mezunıyetden borclu qalan teqvım gunlerının sayı Menım sualım beledır kı, bunun hesablanma qaydası necedır? Onu hardan bılmek olar kı, işçi işlediyi muesseye borcludur, ya muesse ısçıye borcludur? Xahıs edirem cavablandırasınız

Şərh yazın