Əmək müqaviləsinə xitamın YAŞ HƏDDİ əsası ilə bağlı FAYDALI MƏSLƏHƏTLƏR

Əmək müqaviləsinə xitamın YAŞ HƏDDİ əsası ilə bağlı FAYDALI MƏSLƏHƏTLƏR

"Əmək Münasibətləri: A-dan Z-yə" kitabından seçmə

Yaş həddi ilə bağlı dəyişikliyi misallar üzərində nəzərdən keçirək. Əmək Məcələsinə görə, büdcədən maliyyələşən təşkilatlarda çalışan işçilərin 65 yaşından sonra (elmi müəssisə və təşkilatlar və ali təhsil müəssisələrindən başqa) əmək müqaviləsinin artırılması işəgötürənin səlahiyyətlərindədir. Yəni, işəgötürən istəsə, həmin işçini işdən çıxara da bilər, çıxarmaya da. Bundan əlavə, uzadılma bir il olmaqla, ümumi uzadılmaya 5 ildən artıq yol verilmir.

Tutaq ki, işçi orta məktəbdə müəllim işləyir və 65 yaşı tamam olub. Bu halda onun işləyib-işləməsi ilk növbədə öz razılığı ilə aparılır. Əgər işçi işləməyə razılarşasa, əmək müqaviləsi 1 il uzadıla bilər. Təhsil müəssisəsi rayon təhsil idarəsinə tabe olduğundan həmin şöbənin müvafiq əmri ilə onun əmək müqaviləsi 1 il artırılır. Hər il bu proses davam etdirilir. “İnzibati oraqanların təsnifatı haqqında” Nazirlər Kabinetinin qərarına əsasən, Təhsil Nazirliyi və onun rayon şöbələri mərkəzi icra hakimiyyəti orqanına aid olunub. Ona görə də rayon təhsil idarəsinin müdiri bunu uzada bilər. Qeyd olunduğu kimi bu proses işçinin 70 yaşına kimi davam etdirilir.

Misalımızı bütün büdcədən maliyyələşən təşkilatlara şamil etmək olar, ancaq elmi-tədqiqat və ali təhsil müəssisələrindən başqa.

Bəs, işçi 70 yaşından sonra nə etməlidir, o həmin müssisədə işləyə bilərmi, yoxsa işdən azad olunmalıdır?

Bu sualın cavabını büdcədən maliy­yələşdirilən işçilərin ayrıldığı 4 kateqoriya üzrə cavablandıraq:

-              Elmi müəssisə və təşkilatlar və ali təhsil müəssisələrində çalışanlar. Onlara ümumiyyətlə, yaş həddi tətbiq olunmur.

Belə işçilər fəaliyyətlərini davam etdirə bilərlər.

-              Elm, mədəniyyət, səhiyyə və təhsil sahələrində çalışan işçilər

(70 yaşına çatmış və xüsusi xidmətləri olmayan işçilər).

                Belə işçilər işdən azad olunurlar və onlarla bağlanmış əmək müqaviləsinə xitam verilir.

-              Elm, mədəniyyət, səhiyyə və təhsil sahələrində çalışın işçilər (70 yaşına çatmış və xüsusi xidmətləri olan işçilər).

                Belə işçilər xüsusi xidmətləri olduğundan əmək müqaviləsi onların razılığı ilə işəgötürən tərəfindən uzadıla bilər. Bir incəliyi qeyd edim ki, belə uzatmanı ilk növbədə işəgötürən istəməlidir və sonradan işçi ilə razılaşdırmalıdır.

-              Elm, mədəniyyət, səhiyyə və təhsil sahələrində çalışmayan, digər büdcədən maliyyələşən təşkilatlarda çalışan işçilər.

Artıq bu işçilər də 70 yaşından sonra  işdən azad olunurlar və onlarla bağlanmış əmək müqavilələrinə xitam verilir.

“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA - SON 15 kitab qalıb..

Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.

Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.
Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 

012 564 86 85, 050 368 12 72, [email protected]

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

 (əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət  və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

 
 
 

12 Komment

  1. Yeganə 30 Sentyabr 2019

    Əmək məcəlləsində yaş həddi hansı maddədə qeyd olunur. ?

  2. Elmira 10 İyun 2021

    Bu uşaq baģçalarina da şamil olunurmu?Bizim rayonda 65 yaşi tamam olan baģça işçilerini işdən çixarirlar.Buna aydinliq getirmetinizi xahiş edirèm.

  3. İldırım 19 Sentyabr 2021

    Siz burda hazırki vəziyyətdən danışırsısnız? Bəs belə qərar, qanun nə vaxt verlib? Ümumiyyətlə, verilibmi???

  4. Elgün 30 Noyabr 2021

    65yas tamam olan kitabxanaçı müqavilə ilə işləyə bilər?və müqaviləni neçə ildən bir uzada bilər?

  5. qalib_haciyev 09 Dekabr 2021

    Men haciyev qalib celil oğlu merkezi xestexanada destek söbesinin müdiri isleyirem pensiya vaxtina az qalib men pensyaya cixmaya bileremmi eger cixsam isimde qalib isleye bileremmi cox xais edirem ki sualimi cavablandirasiz telefonum 050 798 80 63 vatsap nömres 0502453005 emeilim [email protected] evvelceden minnetdarliğimi bildirirem cox sağ olun

  6. Gulnaz 29 İyun 2022

    Salam, men Milli kitabxanada iwleyiremq istem. Menim gelen il 65 yawim olacaq. Men iwden cixmaq istemirem.iwimi cox sevirem. Men ne edim.xahiw edirem cavab yazin.

  7. Sebine 07 Sentyabr 2022

    Orta mektebde pensiya yasi catmis bir texniki iscinin yasi eger ders ilinin ortalari bitibse onun isden cixma emri ele hemin vaxt gelir yoxsa ders ilinin axirina kimi muddet verilir?xais edirem cavablayin

  8. Natiq 24 Sentyabr 2022

    Salam. Mektebin ğözetçisinin iş rejimini zehmet olmasa yaza rdınız

  9. [email protected] 17 Noyabr 2022

    Salam 70 yaşlı teqaütçü dövlet müsselerinde fehle işleye bilrmi işe götürenin razılığıile?xahiş edirem sualımı cavablandırasız.önceden teşekkür edirem.

  10. Elnur 15 Dekabr 2022

    İs müqaviləsinə xitam verilibsə işçinin adı portaldan ne zaman silinir

  11. Xalida 15 Yanvar 2023

    80 yaşında baş mühasib işleye bilermi bu ne derecede düzdü xahiş edirem cavablandırın

  12. Suleyman 17 Fevral 2023

    Salam mektebdenkenar muessede isleyen muellim 65 yasi catanda oz raziligi olmadan isden azad oluna bilermi veya 70 yasa qeder islemek huququ varmi xahis edirem bunu cavablandirin

Şərh yazın