İşçiyə mükafatın verilməsi hansı halda necə rəsmiləşdirilməlidir? (Nümünəvi forma)
"Əmək Münasibətləri: A-dan Z-yə kitabından seçmə"
Bir çox hallarda işəgötürənlər işçilərinə birdəfəlik mükafatlar verirlər. Qeyd etdiyimiz kimi belə mükafatlar əsasən fəaliyyətin nəticələrinə görə verilir. Bu zaman nə ərizə, də əmək müqaviləsinə əlavə tərtib etmək lazımdır. Çünki belə mükafatın verilməsi işçi ilə olan əmək müqaviləsində nəzərdə tutulmayıb. Bu halı işəgötürən əmr formasında rəsmiləşdirsə, yaxşı olar.
Birdəfəlik mükafatın verilməsi barədə əmrin nümunəvi formasını növbəti səhifədə təqdim edirik.
-----------------------------------------------------------------------------------------
"AA" MMC
üzrə ƏMR № ---/İ
Ünvan: "___"_______20____il
Mükafatın verilməsi haqqında
- 2013-cü ildə cəmiyyət böyük məbləğdə mənfəətlə işlədiyindən, ilin nəticəsi kimi cəmiyyətin bütün işçilərinə dekabr ayı üçün nəzərdə tutulan əməkhaqqının _____faizi məbləğində mükafat hesablanılıb verilsin.
- Mükafat məbləği cəmiyyətin sərəncamında qalan mənfəət hesabına kassadan ödənilsin.
- Əmrin sürəti aidiyyatı şəxslərə təqdim olunsun.
"AA" MMC-nin direktoru: _____________________
-----------------------------------------------------------------------------------------
Praktikada bəzən belə olur ki, işə qəbul olunan işçiyə müəyyən müddət keçdikdən sonra mütəmadi olaraq mükafatın verilməsi razılaşdırılır. İşçinin əməkhaqqına konkret məbləğdə aylıq, rüblük mükafat əlavə olunur. Bunun üçün hökmən əmək müqaviləsinə əlavə razılaşma tərtib olunmalı və ya əmək müqaviləsinin 8.2 və 8.3-cü bəndlərində yer varsa, ora əlavə etmək lazımdır. Yaxşı olar ki, işəgötürənlə işçi arasında əlavə razılaşma protokolu imzalansın.
“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA
Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.
Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.
Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:
012 564 86 85, 050 368 12 72, [email protected]
7 Komment
Əhməd 25 Dekabr 2019
Dövlət qulluğunda muddətli müqavilə ilə işləyən işçilərə mükafat verilirmi? 1 ildən artıq işləyənlərə.
Abdurzaq 24 Aprel 2020
Salam, mükafat əmri 17.03.2020 tariadə verilibsə 18.03.2020 tarixdə işə götürülən isçiyə mükafat verilirmi?
Sədagül 03 İyun 2020
Salam. 60 yaşa görə mükafat nəzərdə tutulubmu? Səda
Gulnar 01 Mart 2021
Budce teshkilatlarinda calishan statdankenar ishcilerw verilen mukafat budce tesnifatina gore hansi maddeden verilmelidir?
Yasin Rüstəmov 16 İyun 2022
Elmi-tədqiqat institutlarında milli bayramlara görə kollektiv mükafat necə verilir? Yəni hamı üçün eyni %-lə verilməli, yoxsa rəhbərin istədiyi kimi verilməli?
Yasin Rüstəmov 26 İyun 2022
Milli bayramlarla əlaqədar kollektiv və birdəfəlik verilən mükafatlar necə verilməlidir?
Gulnare 28 İyul 2022
Salam her ay ishcilere menfeetden qalan mebleq mukafat kimi verile biler?
Şərh yazın