İxtisarla bağlı maddədə niyə əmək müqaviləsi yox, müqavilələri qeyd edilib?
“Əmək Münasibətləri: A-dan Z-yə 2018 ” kitabından seçmə
İxtisarla bağlı bir məsələni də nəzərdən qaçırmalı deyilik. Dəyişikliyə görə bir işəgötürəndə olan müqavilə və müqavilələrdən söhbət gedir. Deməli, bir işçi bir işəgötürəndə müxtəlif vaxtlarda müxtəlif vəzifələrdə çalışa bilər və qanunvericliyin tələblərinə əsasən işəgötürən vəzifə dəyişikliyi olanda ya əsas müqaviləyə əlavələr etməlidir, ya da yeni müqavilə bağlamalıdır.
Praktikada ən çox yeni müqavilə bağlanılır. Bu hal qeyd etdiyimiz dəyşiklikdə olan əmək müqavilələri hissəsinə aid olur. Yəni, çoxlu müqavilələr ola bilər. Digər bir hal kimi işçinin bir işəgətürəndə müxtəlif vaxtlarda işləməsini bildimək istərdik. Belə ki, işçi bir müddət bir müəssisədə çalışır və müəyyn müddətdən sonra oradan işdən çıxır və başqa bir təşkilatda işləyir. Yeni təşkilatda müəyyən müddət işlədikdən sonra isə yenidən qayıdır əvvəlki müəssisədə işləməyə. Burada baxmayaraq ki, işçi bir müəssisədə fasilələrlə işləmişdir, ixtisar zamanı həmin müəssisədə işlədiyi bütün dövrlər nəzərə alınır. Bu halı da əmək müqavilələri məsələsinə aid etmək olar.
“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA
Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.
Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.
Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:
012 564 86 85, 050 368 12 72, [email protected]
0 Komment
Şərh yazın