Təcrübədə ən çox istifadə olunan İzahatın NÜMÜNƏVİ FORMASI

Təcrübədə ən çox istifadə olunan İzahatın NÜMÜNƏVİ FORMASI

"Əmək Münasibətləri: A-dan Z-yə" kitabından seçmə

İndi isə ki, qeyd olunanları misal üzərində nəzərdən keçirək. Tutaq ki, "AA" MMC-nin işçisi, mühəndis Əliyev Sabir İslam oğlu işə 1 saat gecikib. Bu hal işə davamiyyət tabelində əks olunub. Cəmiyyətdə iş saat 9.00-da başlayır.

Bu zaman işçidən izahat almaq lazımdır.

İzahatın nümunəvi forması aşağıdakı kimidir.

----------------------------------------------------------------------------------------

                       "AA"  MMC-nin rəhbərliyinə

                       Cəmiyyətdə mühəndis kimi çalışan

                       Əliyev Sabir İslam oğlu tərəfindən

                                     İ   Z   A   H    A    T

            Bildirirəm ki, həqiqətən də _______tarixində cəmiyyətin işə davamiyyət qaydalarını pozmuşam. "AA" MMC-də işə başlama vaxtı 9.00 olmasına baxmayaraq, mən 10.00-da işə gəlmişəm. Bu gecikmə nəqliyyatda olan tıxaclarla (başqa bir əsas da gətirmək olar) bağlıdır.

            Çalışacağam kimi gələcəkdə bu hal bir daha təkrar olunmasın.

            Xahiş edirəm, bunu nəzərə alasınız.

 

 İmza:                          Əliyev Sabir İslam oğu

 "___"_________20____il.

----------------------------------------------------------------------------------------

Nəzərə alaq ki, "AA" MMC-nin rəhbərliyi işçiyə tənbeh yox, şifahi xəbərdarlıq etməklə kifayətlənir. Yaxşı olar ki, cəmiyyətin kadrlar üzrə mütəxəssisləri tabeldən çıxarışı həmin ərizənin arxasına tiksinlər.

“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA

Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.

Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.
Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

 (əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət  və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

 

 

2 Komment

  1. Aynur 18 Aprel 2019

    Salam. Mən şöbə işçimin işindən narazıyam. İşini düzgün yerinə yetirə bilmədiyi vaxt ona izahat yazdıra bilərəmmi? Birdə bu halı müdiriyyəti bildirmək ücün mən ozum nə yazmalıyam bildiriş ərizə yoxsa necə?? Təşəkkürlər

  2. Sabina 29 Sentyabr 2021

    Çalışacağam kimi gələcəkdə bu hal bir daha təkrar olunmasın.-cümləsi səhvdir.Düzgün misallar verin

Şərh yazın