İşçi və ştatın ixtisarı ilə bağlı əmr necə yazılmalıdır? (2 Nümünəvi forma)

İşçi və ştatın ixtisarı ilə bağlı əmr necə yazılmalıdır? (2 Nümünəvi forma)

"Əmək Münasibətləri: A-dan Z-yə" kitabından seçmə

Xəbərdalıq müddəti qurtardıqdan sonra işəgötürən tərəfindən müvafiq əmr verilməlidir. Belə əmrin iki nümunəvi formasını təqdim edirik:
———————————————————————————

                      “AA” MMC
                    üzrə Ə M R   №_____/K

Ünvan: (hüquqi və faktik                                        01.02.2018-ci il
ünvan tam yazılmalıdır)

“AA” MMC-də istehsalat zərurəti ilə əlaqədar və cəmiyyətin fəaliyyətinin zəifləməsini nəzərə alaraq,

Ə M R E D İ R Ə M:

1. 01.02.2018-ci il tarixindən “AA” MMC-nin işçisi Əliyev Namiq İslam oğlu Azərbaycan Respublikası Əmək Məcəllsəinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin azaldılmasına (ixtisarına) görə tutduğu ------- vəzifəsindən azad olunsun və əmək müqaviləsinə xitam verilsin.
2. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işçiyə qanunvericilikdə nəzərdə tutulan təminatlar ödənilsin.
3. Əmrlə aidiyyatı şəxslər tanış olsun
.
“AA” MMC-nin direktoru:_____________
Tanış oldum: _________________

—————————————————————————————
Daha bir nümunəvi formanı ştatların ixtisar olunması ilə bağlı təqdim edək:
—————————————————————————————

                      “AA” MMC
                    üzrə Ə M R   №_____/K

Ünvan: (hüquqi və faktik                                        01.02.2018-ci il
ünvan tam yazılmalıdır)

Ünvan: (hüquqi və faktiki ünvan 01.02.2018-ci il

tam yazılmalıdır)
“AA” MMC-də istehsalat zərurəti ilə əlaqədar
və cəmiyyətin fəaliyyətinin zəifləməsini nəzərə alaraq,

Ə M R E D İ R Ə M:

1. 01.02.2018-ci il tarixindən AA MMC-də tərcüməçi vəzifəsinin (ştatının) ləğv olunması ilə əlaqədar Cəmiyyətdə tərçüməçi vəzifəsində çalışan Əliyev Namiq İslam oğlu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, tutduğu tərcüməçi vəzifəsindən azad olunsun və əmək müqaviləsinə xitam verilsin.
2. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işçiyə qanunvericilikdə nəzərdə tutulan təminatlar ödənilsin.
3. Əmrlə aidiyyatı şəxslər tanış olsun.

“AA” MMC-nin direktoru:_____________

Tanış oldum: _________________

———————————————————————————

“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA

Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.

Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.
Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

 (əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət  və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

 
 
 

1 Komment

  1. Azər 30 Avqust 2018

    İşçi könüllü işdən azad olunmasını bildirməsinə baxmayaraq mmc onu sistemdən çıxartmırsa işçi hara müraciət etməlidir?

Şərh yazın