İşçi ixtisar olduqda rəsmiləşdirmə necə aparılmalıdır? (Nümünəvi forma)
"Əmək Münasibətləri: A-dan Z-yə" kitabından seçmə
İndi isə hesab edək ki, işçinin bir işəgötürəndə (ixtisar olunduğu) 8 il 6 ay əmək stajı var. Tutaq ki, işçi ixtisar olunaraq işdən azad edilməlidir.
—————————————————————————————
“AA” MMC-də -------- vəzifəsində çalışan Əliyev Namiq İslam oğluna
İşçilərin sayının və ya ştatların ixtisarı ilə bağlı
XƏBƏRDARLIQ (Bildiriş)
Ünvan: “___” _____ 2018-ci il.
“AA” MMC-nin fəaliyyətinin zəifləməsi ilə əlaqədar (və ya başqa bir səbəb yazılmalıdır) Cəmiyyətdə işçilərin azaldılması (ixtisar olunması) məqsədə müvafiq hesab edilmişdir. Bu səbəbdən də siz, işçi kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ixtisar olunursunuz. Sizin Cəmiyyətdə əmək stajınız 8 il 6 ay olduğundan Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən altı təqvim həftəsi rəsmi xəbərdarlıq müddəti nəzərdə tutulub. ___ _________ 2018-ci il tarixindən başlanan xəbərdarlıq müddəti ___ __________ 2018-ci il tarixində başa çatacaq. Bu müddət ərzində sizə həftədə 1 gün olmaqla (həftənin ___-cü günü), cəmi 6 gün iş axtarmaq üçün vaxt veriləcək və həmin günlər siz əmək funksiyalarının icrasından azad olunacaqsınız.
“AA” MMC-nin direktoru:____________
Tanış oldum. _______________
“____”_______20___ci il.
—————————————————————————————
“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA
Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.
Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.
Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub
1 Komment
Hüsniyyə 08 May 2019
Salam.Orta məktəbdə ştatın ixtisarı zamanı ərazi maliyyə hesablama mərkəzi yeni ştat cədvəli təqdim etməlidirmi?
Şərh yazın