HR menecerin namizədə QEYRİ-ADİ İMTİNA SƏBƏBİ

HR menecerin namizədə QEYRİ-ADİ İMTİNA SƏBƏBİ

HR menecer vəzifəsində çalışan Zərnigar Bağırova iştirak etdiyi intervüdə ona verilən imtina halı ilə bağlı maraqlı status paylaşıb:" Ayın 10da bir müsahibəyə getmişdim. "İnsan Resurları üzrə mütəxəssis" vakansiyasına görə. Müsahibəni "İnsan Resursları üzrə menecer" aparırdı. 15dəq.sonra həmin menecer əlində suallarla dolu olan kağızla və Əmək məcəlləsi kitabıyla içəri daxil oldu. Özünüzü təqdim edin ənənəvi sualından sonra başladı kağızda yazdığı sualları bir bir verməyə. Kağızdakı suallar bitəndən sonra əmək məcəlləsini açıb başladı ordan sual verməyə. Bütün suallarına cavab versəmdə müsahibənin sonunda mənfi rəy aldım. Müsahibəni aparan həmin "HR menecer" gülə-gülə dediki xanım yaxşı namizədsiniz ancaq mən axtardığım namizəd deyilsiniz ona görə sizi işə götürə bilməyəcəm. Soruşdum niyə? Dedi xanım açığını deyim siz gələcəkdə mənim yerimi tuta biləcək namizədsiniz ona görə özümü riskə ata bilmərəm. Eynən bu cürədə dedi. Söz tapıb deyə bilmədim. Bilmədim suallarına cavab verdiyim üçün sevinim ya pis olum ?. O gündən düşünürəm ancaq cavab tapa bilmirəm. Görəsən müsahibəni bu formada aparan bir HR menecer işi necə idarə edir??"

“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA

Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.

Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.
Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

 (əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət  və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

 

0 Komment

    Şərh yazın