İntizam tənbehi necə rəsmiləşdirilməlidir (Nümünəvi forma)

İntizam tənbehi necə rəsmiləşdirilməlidir (Nümünəvi forma)

"Əmək Münasibətləri: A-dan Z-yə" kitabından seçmə

Tutaq ki, kollektiv müqavilədə nəzərdə tutulub ki, rəhbər işçi (sex rəisi) vəzifə səlahiyyətlərindən sui-istifadə edərsə, əməkhaqqının 1/4 hissəsi cərimə kimi tutulacaq.

Belə bir əmrin nümunəvi forması aşağıdakı kimidir:

----------------------------------------------------------------------------------------

                                                               "AA" MMC

                                                               üzrə ƏMR  №___/İ

 

Ünvan:                                                                "___"_______20____il.

 

İntizam tənbehi kimi əməkhaqqıdan cərimənin tutulması haqqında

 Cəmiyyətin işçisi (sex rəisi) Əliyev Sabir İslam oğlu _____tarixində tabeliyində olan işçini -----------------  onun vəzifə öhdəliklərinə aid olmayan işlərə cəlb edib. İşçiyə elektrik xətlərinin təmiri işlərini tapşırıb. Bununla bağlı fəhlə -----------------dan və sex rəisi Əliyev Sabir İslam oğlundan izahatlar alınıb. Cəmiyyətin daxili nizam-intizam qaydalarına, həmçinin işəgötürən və işçi kollektivi arasında bağlanılmış kollektiv müqavilənin şərtlərinə uyğun olaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2 (c) bəndinə əsasən, sex rəisi Əliyev Sabir İslam haqqında intizam tənbehinin tətbiq olunması ilə bağlı

                                                Ə   M   R      E   D   İ   R   Ə   M  : 

  1. Cəmiyyətin işçisi Əliyev Sabir İslam oğlunun aylıq əməkhaqqının 1/4 hissəsi cərimə kimi tutulsun.
  2. Əmrin surəti işçinin şəxsi işinə tikilsin və şəxsi məlumatlarında əks etdirilsin.
  3. İşçiyə vəzifə səlahiyyətləri ilə bağlı müvafiq təlimatlar verilsin.
  4. Tutulmuş məbləğ cəmiyyətin mənfəəti kimi mühasibatlıq tərəfindən nəzərə alınsın.
  5. Əmrin surəti mühasibatlığa təqdim olunsun.
  6. İşçi əmrlə tanış edilsin.

 "AA"  MMC-nin direktoru:                          __________________

 Tanış oldum:                            Əliyev Sabir İslam oğlu_______

"___"_________20_____ il.

----------------------------------------------------------------------------------------

“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA

Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.

Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.

Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

 (əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət  və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

 
 
 

 

0 Komment

    Şərh yazın