İşçi iki xəstəlik vərəqəsi təqdim edərsə, müavinət necə hesablanmalıdır?
"Əmək Münasibətləri: A-dan Z-yə 2018" kitabından seçmə
Tutaq ki, «AA» firmasında çalışan Əliyev Nazim Məmməd oğlu 01.10.2013-cü il tarixindən 26.10.2013-cü il tarixinə kimi əmək qabiliyyətini müvəqqəti itirmək haqqında xəstəlik vərəqəsini firmaya təqdim edib. 27.10.2013-cü il tarixində işçi işə çıxsa da, 03.11.2013-cü il tarixində yenidən halı pisləşib və 30.11.2013-cü il tarixinə kimi əmək qabiliyyətini itirdiyindən yenidən xəstəlik vərəqəsini firmaya təqdim edib. 01.12.2013-cü il tarixində isə normal əmək fəaliyyətinə başlayıb.
Bu halda işçinin birinci və ikinci xəstəlik vərəqəsi fasilələrlə təqdim olunduğundan, daha doğrusu, işçinin əmək qabiliyyətinin itirilməsi dövrləri arasında fasilələr olduğundan, o, 27.10.2013-cü il tarixindən 03.11.2013-cü il tarixinə kimi işlədiyi üçün firma tərəfindən iki dəfə 14 günün müavinəti verilir və qalan günlər isə DSMF orqanları tərəfindən ödənilir. Belə ki, 01.10.2013-cü il tarixindən 26.10.2013-cü il tarixinə kimi 26 günün 14 gününə düşən hissəsinin müavinətini firma, qalan hissəsini isə DSMF orqanları ödəyəcək. Həmçinin, 03.11.2013-cü il tarixindən 30.11.2013-cü il tarixinə kimi olan 27 günün 14 gününə düşən hissəsini firma, qalan hissəsini isə DSMF ödəyəcək.
“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA
Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.
0 Komment
Şərh yazın