Müşfiq Əmircanovun müddətli əmək müqaviləsinin bildirişi ilə bağlı maraqlı yanaşması

Müşfiq Əmircanovun müddətli əmək müqaviləsinin bildirişi ilə bağlı maraqlı yanaşması

Sual: Müddətli əmək müqaviləsini bitməsi ilə bağlı işçiyə bildiriş təqdim edilməlidir?
Müşfiq Əmircanovun qeydi: Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Maddənin göründüyü kimi, burda əsas məsələ tələbin edilməsidir. İşəgötürən əgər işçinin əmək müqaviləsinə müddətinin bitməsi ilə əlaqədar xitam verəcəksə, bu tələb hər hansı formada,hətta əmək müqaviləsinə xitam haqqında əmr formasında ola bilər. Yəni bildirişin verilməsi bu halda məcburi deyil. Təbii ki, bildirişin verilməsi işçinin qabaqcadan məlumatlandırılması, həm də əmək müqaviləsinin xitamının daha sivil qaydasında aparılması baxımdan daha yaxşı olardı. Lakin, Əmək Məcəlləsinin tələblərinə əsasən, bildirişin olmadan əmək müqaviləsinə xitam vermək olar.

Qeyd edək ki, bu fikirlər tanınmış HR mütəxəssisi Müşfiq Əmircanovun "Əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları" adlı canlı yayımında səsləndirilib. "Business Management School" MMC təşkilatçılığı ilə təşkil olunan canlı yayımda Müşfiq müəllim maraqlı məqamlara toxunduğu üçün bəzi məqamları saytımızda dərc etməyi planlaşdırırıq.
Mks.az saytı olaraq, bu cür maarifləndirici layihəyə görə. "Business Management School" MMC və Müşviq Əmircanova təşəkkürümüzü bildiririk.

“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA

Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.

Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.

Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

 (əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət  və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

 
 
 

 

 

0 Komment

    Şərh yazın