Vaxtamuzd əmək haqqı hesablanmasının 3 variantda MİSALLA izahı
"Əmək Münasibətləri: A-dan Z-yə 2018" kitabından seçmə
Vaxtamuzd ödəmə dedikdə, təcrübədə əsasən, aylıq maaş (oklad) alan işçilərin əməkhaqqı başa düşülür. Həmçinin, saat hesabı ilə əməkhaqqı alan işçilər də vaxtamuzd sisteminə daxildir. Məsələn, müəllimlər var ki, saat hesabı ilə əməkhaqqı alırlar. Burada artıq bir saata neçə manat əməkhaqqı düşürsə, yekunda ay ərzində işlədiyi saatlara görə əməkhaqqı alır. Sadəcə, vaxtamuzd dedikdə, işçinin işlədiyi vaxta görə əməkhaqqı alması başa düşülür.
Misallara baxaq.
Tutaq ki, işçinin aylıq əməkhaqqı 300 manat dır. İşçi birinci ayda normal tam iş vaxtında işləyib. Bu zaman ona hesablanacaq aylıq əməkhaqqı 300 manat təşkil edəcək. İkinci ayda isə işçi müəyyən səbəblərdən 3 iş günü işləməyib. Tutaq ki, həmin ayın iş günlərinin sayı 26-ya bərabərdir. Bu halda işçinin alacağı əməkhaqqı 265,42 manat (300/26 =11,54 manat x 23 iş günü) olacaq.
Və yaxud tutaq ki, işçi bir ayda 4 gün 3 saat işləməyib. Aylıq iş günlərinin sayı 25-ə, gündəlik iş vaxtı norması 8 saata bərabərdir. Onda işçinin aylıq maaşı aşağıdakı kimi hesablanır. Əvvəlcə işçinin bir iş gününə neçə manat əməkhaqqı düşməsini tapaq: 300/ 25 =12 manat. Sonra gündəlik normanın bir saatına düşən əməkhaqqının məbləğini hesablayaq: 12/8 = 1,5 manat.
İndi də işçinin işdə olmadığı dövr üçün əməkhaqqını hesablayaq: 12 manat x 4 iş günü = 48 manat üstəgəl 3 saat x 1,5 manat = 4,5 manat, cəmi 48 manat + 4,5 manat = 52,5 manat. Demək işçiyə hesablanacaq aylıq əməkhaqqı 247,50 manat (300 manat – 52,5 manat) olacaq.
“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA
6 Komment
Tamerlan 29 Sentyabr 2019
SALAM zəhmət olmasa sualı cavablandırardınız. Aylıq əmək haqqı 400azn 8 saatlıq və həftədə 1 dəfədirsə,1 günlük maaşı hesablamaq üçün 400/30(və yaxud 31) hesablaması yoxa 400/26(və yaxud 27) hesablaması düzgündür?
Ceyhun 23 İyul 2020
Salam mən 6 aydir ileyirem dovlet isinde 6 ay isleyib muqavilem sona catdiqina gore isden cixiram.ayliq gelirim 400 manatdir isden cixanda rasot pulu neqeder almaliyam onu bilmek isteyirem.nece almaliyam
Coshqun 11 Mart 2021
Salam zehmet olmasa cavablandirasiniz. Günlük iş saatim 8 saatdir ama 1 saat 20 deqiqe yemek fasilesi olur. Bizim maaşimiz 6 saat 40 deqiqe üzerinden hesablanmalidir yoxsa 8 saat? Birdeki xais edirem yazardiniz gece novbesi saat neçeden neçeye qeder (40% ve 20%)?
Hùmet 24 May 2021
Salam,1 ayda 10 nòvbem olur her nòvbede 24 saatdir. Amma maasimiz 237 manatdir,bu bele olmalidir ya maasimizi kesirler?
Oqtay 05 Sentyabr 2021
Salam. Müellimlerin emek haqqı vaxtamuzd hesablanır, yoxsa işəmuzd?
Saday 23 Sentyabr 2021
Salam zəhmət olmasa cavablandirardiniz .mən vaxtmuzd isciyəm 3ayin tamaminda məni işdən cixardacaqlar ştatin ləğv olmasına görə .mən təzminat ala biləcəmmi yoxsa necə .indidən təşəkkürlər
Şərh yazın