İşçi öz arsuzu ilə işdən çıxdıqda, əmək müqaviləsinə xitam və müavinət necə tənzimlənir?

İşçi öz arsuzu ilə işdən çıxdıqda, əmək müqaviləsinə xitam və müavinət necə tənzimlənir?

"Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2018" kitabından seçmə

Sual: İşçinin öz ərizəsilə işdən çıxması halları Əmək Məcəlləsinə əsasən necə tənzimlənir?
Cavab: Əmək Məcəlləsinin «Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası» adlanan 69-cu maddəsində işçinin öz təşəbbüsü ilə aşağıdakı hallarda işdən çıxa bilməsi qeyd olunub:
• İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə;
• İşçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda .
1-ci halda ərizə daxil olduqdan 1 ay sonra işəgötürən işçini müvafiq əmr ilə işdən azad etməsə, artıq işəgötürənin hərəkətləri qeyri-qanuni hesab edilir (Təbii ki, işçi haqqında hər hansı bir cinayət işi açılmayıbsa, cinayət araşdırması aparılmırsa, məhkəmə işi getmirsə).
2-ci halda isə işçinin işdən çıxma səbəbini təsdiq edən sənədləri işəgötürənə təqdim etməsi məqsədəuyğundur.
Qeyd edilən hər iki hal üzrə işçiyə əmək müqaviləsinin xitamı ilə bağlı hər hansı müavinət ödənilmir.

 “Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA
 
Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.

Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.

Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

 (əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət  və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

 
 
 

29 Komment

  1. Saleh 02 May 2020

    İşden çıxmısam ama.sisemne.adım.çıxmıyıb bir zehmet adımı çxardın

  2. Səftər 10 May 2020

    Xarici vetendaşlarla işleyirdim adım 3 yerde işçi kimi qeyd olunub daha doğrusu desek qaçıb gedibler indi 1 yerde işleyirem resepsiyon onlarda ayın axırı gedecekler men qaçan 2 neferi tapa bilmirem adımı onlar olmadan nece sildire bilerem sistemden ?

  3. Seymur 30 Avqust 2020

    Salam. Öz Erizem esasında işden çıxıramsa, mene raşot pulu ödenilirmi?

  4. Nemet 17 Sentyabr 2020

    Meni isden cixardirdilar ve mene dedilerki sen oz erzenle isden cix yoxsa sene statya verlecek menim ele bir gunahim olmayib ve mene 02 sentyabr erzemi yazdirdilar 21 sentiyabrda emrim verlecek men sirketden rasot pulu ala bilecem 12 ildi isleyirem muqavle mudtedim 2025 ilde bitir men neyniye bilerem men deye bileremki siz ozunuz cixardin.?

  5. Rasim 16 Noyabr 2020

    Salam.işden cixarken raşot pulu deyirler onu nece hesablayirlar mene deyerdiz zehmet deyilse.men oz xoshumla cixsam nece olur? Ve ya meni cixarsalar nece olur.?

  6. Rauf 13 Yanvar 2021

    Salam. Mene oz isteyim adiyla isden azad olmag erizesi yazmişam. 02.05.2017 tarixden 08.01.2021 tarixe kimi iş stajim var. 3 il 9 ay. Bu muddet erzinde cemi 2 defe mezuniyetde olmuşam (21+21 gun). Bilmek isterdim raşot pulu nece hesab olunmalidir.

  7. Vasif 03 Aprel 2021

    Salam.men baxçada 1aydı hekim işleyirem.işe götürende mene emek müqavilesi imzalatmayıblar.menim iştirakım olmadan müqavile bağlıya bilerler?eger müqavile varsa men işden çıxmaq üçün 1ay önceden müraciet etmeliyem?eger müqavile yoxdusa emek mecellesine göre men işden istediyim vaxt çıxa bilerem.qanuna esasen nece edim.

  8. Hesenov Mohlet Nadir oqlu 11 Aprel 2021

    Salam men dovlet idaresinde voen ile xidmet gosterirem. Xidmeti muqavile esasinda. Men kovid19 xesteliyine tutulmisam. Bilmek isteyirem menin ise getmemeyim muddetde maasi idaremi odeyir. Ya bleteni dsf odeyir.

  9. Təranə 29 Aprel 2021

    Salam 1 aydir analiq məzuniyyətindən işə qaitmişam.Hal hazirda iş yerimi dəişmək istəyirəm öz xoşümla ərizə yazsam mənə raşot pulu ödəniləcək ?

  10. Ilahe 24 İyul 2021

    Salam bilmek men medeniyet idaresinde kitabxanada calisiram isden cixmamis tehsilde mektebde kitabxana isi ucun muraciet ede bileremmi?

  11. Nəimi 02 Avqust 2021

    Salam mən 6 ay tamam socar qsc də çalışmışam öz xaişimlə işdən azad olunsam mənə kampensasiya düşür?

  12. Sexavet qafarov 11 Avqust 2021

    Salam çen isten adimi sildurmek isteyirem vesiqeççin fin kodu 11l4bc0 0773281939

  13. Aysel 10 Sentyabr 2021

    Salam.Men hal hazirda isleyirem,amma tehsil almaq ucun yasayis yerimi deyisdiyime gore isden cixiram.qanunda tehsilimi bitirdikden sonra yeniden evvelki is yerime qayitmaq mumkundurmu?

  14. Aynure Rzayeva 12 Oktyabr 2021

    Salam men 3 illik analıq mezuniyyetinden qayıtdıqdan sonra işe başlamadan öz istyimle isden çıxmışam.Bilmek isteyirem ki mene işden çıxdıqdan sonra işçiye ödenilen müavinet nece hesabanır.

  15. Hüseynov Vasif 28 Noyabr 2021

    Salam,Önceden teşekkür edirem sizlere Menim sualım beledi sizlere,menim aylem hal hazlrda işlediyi müeseden analığ mezuniyyetne buraxılıb,17 aydır,hal hazırda yaşayış ünvanmız deşildiyne göre hemen müesseden işden çıxmağ isdeyir,bu anda raşot pulu düşüer yoxsa yox?? Zehmet olmasa desdey olardız

  16. Semender 06 Mart 2022

    Salam men o erizemle isden cixiram mene sirket terefinden tezminat dusur? Onuda qeyd edimki 5 ildi burda isleyirem

  17. Semender 06 Mart 2022

    Salam men o erizemle isden cixiram mene sirket terefinden tezminat dusur? Onuda qeyd edimki 5 ildi burda isleyirem

  18. Dunyamin 20 Aprel 2022

    Salam men dövlet işinde işliyirem ve muqavilem bitir işden çixiram bildiyime göre meşqulluq idaresinden menim maaşimin 85 faizine kimi işle temin etmekidi yada 6 ay erzine mene muavinet ayrilmalidi varmi ele bir qanun ? Veya oxşar?

  19. Tural 29 İyun 2022

    3. İşçi başqa işəgötürənlə əmək müqaviləsi bağladıqdaə ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Bu maddəyə nece serh vermek olar? Yeni 1 ay xeberdarliq muddetini gozlemeden isci erizede gosterdiyi tarixde isden cixa biler? Eger mumkundurse yeni is yeri ile imzalanmis muqavileni teqdim etmek kifayet edir?

  20. Elvin 12 İyul 2022

    Salam men bu ayin 4ü könüllü olaraq erzie ile işdən çıxmışam. Indi ise işe tekrar qayitmaq istiyirem. Buna mənim hüququm çatırmı ?

  21. Xəyale 20 İyul 2022

    Salam.Men 68.2 b bendi ile isden uzaglasdirilmisam hec bir sebebsiz.bilmek isdeyirem mehkeme yolu ile men isime qayida bileremmi yeniden?

  22. Ali 24 İyul 2022

    Salam,Menim emek muqavilemin vaxtı bitmeyib men işdən nece azad ola bilərəm?Eger sınaq müddəti üç aydirsa mən necə müraciyyət edib çıxa bilərəm isden?ve eger ise cixmasam və isdemeye imtina etsəm ,mene hansı maddeyle çıxarda bilərlər?və əmək haqqım ödəniləcəkdir?

  23. Ramile 08 Avqust 2022

    Salam işçi işden çıxdığı vaxtdan nece ay sonra yeniden hemin isine qayıda biler?

  24. Kənan Əhmədov 13 Avqust 2022

    Mən işdən çıxmaq istəyirəm ama məni işdən çıxarmırlar bir həftədir ki demişəm bu məsələ qanuda necə tənzimlənir

  25. Fariz 09 Sentyabr 2022

    Salam demeli men işden cixsam sosial yardım kesilmeyecek?

  26. Vefa 08 Dekabr 2022

    Salam.Meni "Dövlet Qulluğu haqqinda"Azerbaycan Respublukasi Qanununun 33-cű maddesinin 1,1 bendine esasen (öz erizesi ile)tutduğu vezifeden azad edilsin.Maddesi ile isden azad edibler.indi men basqa dövlet işderinde işdemek isteyirem,mene deyirlerki,seni műdirin ele qanunan çıxardıbki,heç bir dövlet yerinde işdeye bilmersen.Bilmek isteyirem bu ne derecede dűzdű?

  27. Sehriyar 14 Dekabr 2022

    Sirketin, işçinin işe giris zamani iscinin cixis erizesi,öz hesabina mezuniyyet erizesine tarix hissesin bos saxlayib isciye imzalatmagi ne derecede duzgundur?

  28. Sehriyar 14 Dekabr 2022

    Sirketin, işçinin işe giris zamani iscinin cixis erizesi,öz hesabina mezuniyyet erizesine tarix hissesin bos saxlayib isciye imzalatmagi ne derecede duzgundur?

  29. Elvin 14 Fevral 2023

    Salam men isden cixmaq isdemirem amma cixisimi verirler nece ede bilerem

Şərh yazın