İşçi xarici ölkədə müalicə alarsa, bu halda müavinətin ödənilməsi necə rəsmiləşdirməlidir?

İşçi xarici ölkədə müalicə alarsa, bu halda müavinətin ödənilməsi necə rəsmiləşdirməlidir?

"Əmək Münasibətləri: A-dan Z-yə 2018" kitabından seçmə

Məsələn, vətəndaş İran İslam Respublikasında əməliyyat olunub və bir müddət əmək qabiliy­yətini müvəqqəti itirib. Sonrada həmin şəxs iş yerinə gələrək fars dilində yazılmış arayışı müəssisəyə təqdim edərək müavinət tələb edir. Əlbəttə ki, işçinin müavinət tələb etmək hüququ var. Amma bunun üçün əvvəlcə bir neçə mərhələdən keçməlidir.

İrana getməmişdən işçi yaşayış yeri üzrə poliklinikada uçota alınmalıdır. Poliklinikanı məlumatlandırmalıdır ki, əməliyyat üçün xarici ölkəyə gedəcək və ya hansısa xəstəlikdən müalicə olunacaq. Bundan sonra həmin şəxs müalicə və ya əməliyyat üçün xaricə gedə bilər. Xaricdən qaydıtdıqdan sonra isə İran xəstəxanasından aldığı arayışı azərbaycan dilinə tərcümə və notarial qaydada təsdiq etdirməlidir. Sonra arayışın əslini tərcümə olunmuş variantla birgə uçotda olduğu poliklinikaya təqdim etməlidir. Bundan sonra poliklinika arayışı xəstəlik vərəqəsi ilə əvəz etməli və orada yazılmalıdır ki, işçi hansı müddətdən hansı müddətə kimi əmək qabiliyyətini müvəqqəti itirib.

“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA
 
Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.

Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.

Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

 (əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət  və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

 
 
 

0 Komment

    Şərh yazın