HR sahəsində Karyera inkişafı üçün ƏLA MƏQALƏ

HR sahəsində Karyera inkişafı üçün ƏLA MƏQALƏ

 

Türkiyənin Ege Universtitetinin məzunu Tehran Əbdurrəhmanov HR sahəsi ilə bağlı maraqlı araşdırma aparıb. Həmkarlarımız üçün maraqlı olacağını nəzərə alaraq, həmin məqaləni Sizə təqdim edirik:
 
Tez-tez İnsan Resursları (HR) üzrə magistratura təhsili almaq üçün hansı universitetlərin daha yaxşı olması ilə bağlı suallarla rastlaşıram. Düşündüm ki, bu mövzuda araşdırma aparım və əldə etdiyim məlumatları Sizinlə paylaşım. Araşdırma apararkən bir çox reytinqlərə rast gəldim. Sonunda bu reytinqlərdən birinin araşdırma metodları, qiymətləndirmə kriteriyaları mənə daha ədalətli, əsaslı gəldi.
Bu reytinq  Eduniversal tərəfindən hər il 30 fərqli sahə üzrə 12.000-dən artıq magistratura proqramını qiymətləndirərək hazırlanır. Bunun üçün təşkilat 154 ölkədən 800.000 tələbə, 5.000 işə götürən (HR, işə qəbul edən şəxs), 1.000 akademik institutdan 10.000-dən çox nümayəndə ilə anket sorğusu keçirir. Yəni, kifayət qədər geniş və bu sahədə fikir sahibi olan kütlənin fikrini alır.

İnsan Resursları (HR) sahəsi üzrə magistratura təhsili verən ən yaxşı universitetlər necə və hansı kriteriyalara əsasən seçilir?

Eduniversal burada universitetləri qiymətləndirmə meyarlarını 3 qrupa bölür və hər qrupa görə maksimum 5 bal verir:

  1. Universitetin reputasiyası (1-5 bal)
  2. Məzunun ilk əmək haqqı (1-5 bal)
  3. Tələbələrin məmnuniyyət səviyyəsi (1-5 bal)

Düşündüm ki, hamı üçün Şimali Amerika və Qərbi Avropa İnsan Resursları (HR) üzrə magistratura təhsili almaq üçün daha maraqlı olar, ona görə də bu bölgələr üzrə reytinqləri ön plana çıxardım. Gəlin tanış olaq.

Şimali Amerikada (ABŞ və Kanada) İnsan Resursları (HR) üzrə magistratura üçün 10 ən yaxşı universitetin sıralaması belədir (2015-2016):

  1. Purdue University (ABŞ)
  2. McGill University (Kanada)
  3. HEC Montréal (Kanada)
  4. Stanford University (ABŞ)
  5. Northwestern University (ABŞ)
  6. Cornell University (ABŞ)
  7. The University of Chicago (ABŞ)
  8. Queen’s University (Kanada)
  9. Texas A&M University (ABŞ)
  10. Michigan State University (ABŞ)

Şimali Amerika İnsan Resursları (HR) üzrə magistratura üçün 40 ən yaxşı universitetin reytinqini tam olaraq buradan yükləyə bilərsiniz.

Qərbi Avropada İnsan Resursları (HR) üzrə magistratura üçün 10 ən yaxşı universitetin sıralaması isə belədir (2015-2016):

  1. Copenhagen Business School (Danimarka)
  2. LSE – London School of Economics and Political Science (Böyük Britaniya)
  3. Rotterdam School of Management (Niderland)
  4. Università Bocconi (İtaliya)
  5. ESCP Europe Business School (Fransa)
  6. Nova School of Business and Economics – Universidade Nova de Lisboa(Portuqaliya)
  7. Warwick Business School – University of Warwick (Böyük Britaniya)
  8. Université Paris-Dauphine (Fransa)
  9. Manchester Business School – Faculty of Humanities (Böyük Britaniya)
  10. Université Catholique de Louvain – Faculté des Sciences Economiques, Sociales, Politiques et de Communication (Belçika)

Qərbi Avropada HR üzrə magistratura üçün 50 ən yaxşı universitetin reytinqini tam olaraq buradan yükləyə bilərsiniz.

Eduniversal reytinqlərinə əsasən digər bölgələrdə İnsan Resursları (HR) üzrə magistratura üçün ən yaxşı universitetlərin reytinqlərini aşağıdakı linklərdən yükləyə bilərsiniz:

Bununla bərabər Sizinlə QS World University Rankings-ə əsasən Sosial Elmlər və İdarəetmə (Social Sciences and Management) sahəsində dünyanın 10 ən yaxşı universitetinin də reytinqini təqdim edirəm (2015-2016). İlk onluqda ABŞ və Böyük Britaniya universitetlərinin hegemoniyası heç kim üçün sürpriz olmaz yəqin ki.

  1. Harvard University (ABŞ)
  2. London School of Economics and Political Science (LSE) (Böyük Britaniya)
  3. University of Oxford (Böyük Britaniya)
  4. University of Cambridge (Böyük Britaniya)
  5. Stanford University (ABŞ)
  6. Massachusetts Institute of Technology (MIT) (ABŞ)
  7. National University of Singapore (NUS) (Sinqapur)
  8. University of Chicago (ABŞ)
  9. University of California, Berkeley (UCB) (ABŞ)
  10. Yale University (ABŞ)
 “Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA
 
Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.

Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.

Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

 (əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət  və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

0 Komment

    Şərh yazın