Hansı məzuniyyət dövrü işçi xəstələnərsə, ona müavinət hesablanmır?

Hansı məzuniyyət dövrü işçi xəstələnərsə, ona müavinət hesablanmır?

"Əmək Münasibətləri: A-dan Z-yə 2018" kitabından seçmə

Hər bir işçi əmək fəaliyyəti dövründə əmək qabiliyyətini müvəqqəti itirərsə, onun həmin dövr üçün müavinət almaq hüququ var. Bəs, görəsən, işçi bu müavinəti hansı dövr üçün əldə edə bilər? Sadə bir misala baxaq.

Tutaq ki, işçi Əliyev Nazim Məmməd oğlu «AA» firmasında 4 ildir ki, işləyir və oktyabr-noyabr 2013-cü il tarixlərində öz hesabına ödənişsiz məzuniyyətə çıxıb. Məzuniyyət vaxtı işçi əmək qabiliyyətini 15 gün müddətində müvəqqəti itirib. Tutaq ki, xəstələnib. Bu halda işçi ödənişsiz məzuniyyətdən qayıdan zaman xəstəlik vərəqəsini müəssisəyə təqdim etsə də, müəssisə və DSMF orqanları həmin işçiyə müavinət ödəməyəcək. Ona görə ki, ödənişsiz məzuniyyət dövründə işçiyə əməkhaqqı hesablanılmadığından məcbüri dövlət sosial sığorta haqqı da hesablanılmır. Necə deyərlər, oktyabr-noyabr 2013-cü ildə işçinin əmək fəaliyyəti olmayıb. Baxmayaraq ki, işçi həmin firmada 4 ildir ki, işləyir, ona müavinət ödənilməyəcək.

Bu prinsip işçinin uşağa qulluğa görə sosial məzuniyyətdə olduğu hala da tətbiq  olunur. İşçi uşağa qulluğa görə məzuniyyətdə olduğu dövrdə əmək qabiliyyətinin itirərsə, DSMF orqanları tərəfindən ona müavinət ödənilmir.

 

“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA

Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.

Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.

Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

 (əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət  və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

 
 
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər