Müavinətin hesablanması ilə bağlı SOSİAL STAJ məsələsində VACİB MƏQAM

Müavinətin hesablanması ilə bağlı SOSİAL STAJ məsələsində VACİB MƏQAM

"Əmək Münasibətləri: A-dan Z-yə" kitabından seçmə

DSMF orqanları ödəmənin həyata keçirilib-keçirilmədiyini nəyin əsasında müəyyənləşdirirlər? Bu, DSMF orqanlarında olan fərdi uçot məlumatlarına əsasən müəyyənləşdirilir. Deyilənlərin daha aydın başa düşülməsi üçün bir neçə misala baxaq.
Tutaq ki, Əliyev Nazim Məmməd oğlu 01.04.2012-ci il tarixindən «AA» firmasında əmək müqaviləsi ilə işləyir. İşçinin işə qəbul olunan tarixə kimi 5 il sosial sığorta stajı var və işçi 01.12.2012-ci il tarixindən 01.04.2013-cü il tarixinə kimi öz hesabına ödənişsiz məzuniyyətdə olub. Tutaq ki, işçi 01.11.2013-cü il tarixindən 30.11.2013-cü il tarixinə kimi əmək qabiliyyətini müvəqqəti itirib. Bu halda işçiyə müavinət hesablanılması üçün nə qədər sosial sığorta stajı nəzərə alınmalıdır?

Əvvəlcə işçinin işə qəbul olunduğu dövrdən əmək qabiliyyətini itirdiyi dövrə kimi nə qədər iş stajı olduğunu müəyyənləşdirməliyik. 01.04.2012-cu il tarixindən 01.11.2013-cü il tarixinə kimi 19 tam ay var. Bu rəqəmi 5 ilin üzərinə əlavə edirik və məlum olur ki, işçinin ümumi stajı 6 il 9 aydır. Amma bu dövrdə işçinin məcburi sosial sığorta hesablanılmayan dövrü (öz hesabına məzuniyyətdə olduğu 01.12.2012-ci ildən 01.04.2013-cü ilə kimi olan 4 ay) var. Bu müddət ümumi stajdan çıxılmalıdır. Aydın olur ki, işçinin 6 il 5 ay (6 il 9 ay – 4 ay) sosial sığorta stajı var. Bu staj 5 ildən çox, 8 ildən az olduğuna görə, işçiyə gündəlik qazancın 60% -i məbləğində müavinət hesablanılmalıdır.

“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA

Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.

Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.

Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

 (əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət  və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

 
 
 

1 Komment

  1. Səbinə 30 İyul 2018

    "Bu staj 5 ildən çox, 8 ildən az olduğuna görə, işçiyə gündəlik qazancın 80% -i məbləğində müavinət hesablanılmalıdır." Səhv yazmısız. 80% yox, 60%. 80% 8 ildən 12 ilə kimi sosial stajı olan işçilərə hesablanır.Misalda isə sosial staj 6 ildir. Əsas: NK 189 saylı qərar.

Şərh yazın