3 aylıq SINAQ MÜDDƏTində olan işçini ilk 2 ayında işdən çıxartmaq olar?

3 aylıq SINAQ MÜDDƏTində olan işçini ilk 2 ayında işdən çıxartmaq olar?

"Əmək Münasibətləri: A-dan Z-yə" kitabında seçmə

Əmək müqaviləsinə sınaq müddəti ərzində xitam verilməsinə misal gətirək. Tutaq ki, təqdim etdiyimiz nümunədə müqavilə imzalandıqdan 1 ay sonra məlum olub ki, Hüseynov Tapdıq Hüseyn oğlunun peşəkarlıq səviyyəsi təşkilat üçün yetərli deyil. Bu zaman işəgötürən işçiyə yazılı məlumat verməlidir və işçi məlumatla tanış olmalıdır. Bəzən olur ki, sınaq müddəti bitməmiş işəgötürən işçini işdən azad edir, sonradan yoxlama zamanı Dövlət Əmək Müfəttişliyi Xidmətinin vəzifəli şəxsləri iradlarını bildirirlər ki, sınaq müddəti qurtarmamış işçini işdən çıxarmaq olmaz. Məntiqlə yanaşsaq, düzgün iraddır. Müddət ona görə qoyulur ki, vaxt başa çatanadək işçinin yararlılığını aşkara çıxarmaq mümkün olsun. Ancaq Əmək Məcəlləsinin müvafiq maddəsində konkret yazılıb ki, «sınaq müddəti ərzində». Bu isə o deməkdir ki, işəgötürən sınaq müddəti qurtarmamış işçini işdən azad edə bilər. Bu, ən vacib məqamlardan biridir. Problem yaranmaması üçün işəgötürənlərə tövsiyə edərdik ki, əmək müqaviləsinin ləğv olunması qərarına gəliblərsə, sınaq müddəti qurtarana 3 gün qalmış bunu etsinlər. Təqdim etdiyimiz nümunəvi əmək müqaviləsində sınaq müddəti 2 ay müəyyənləşdirib. İşçi ilə olan əmək müqaviləsi ancaq 2 aydan sonra ləğv oluna bilər.

“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA

Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.

Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.

Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

 (əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət  və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

 

0 Komment

    Şərh yazın