Alinment necə hesablanır və hansı güzəştlər var? (Misallarla izah)

Alinment necə hesablanır və hansı güzəştlər var? (Misallarla izah)

Əmək Münasibətləri: A-dan Z-yə kitabından seçmə

Aliment məsələsində bir maraqlı məqam da onun necə hesablanıb ödənilməsilə bağlıdır. Tutaq ki, məhkəmə işçinin aylıq əməkhaqqından 25% aliment tutub ödənilməsi haqda qərar çıxarıb. İşçinin aylıq əməkhaqqı əsas iş yerində 250 manatdır. Burada sual yaranır ki, aliment hansı məbləğdən - 250 manatdan, yoxsa vergilər tutulduqdan sonra qalan məbləğdən hesablanmalıdır? Qaydalara əsasən, aliment vergi tutulduqdan sonra ödənilməlidir. Əvvəlcə 250 manatdan 10,78 manat gəlir vergisi ((250-173)x 14 %) və 7,5 manat sosial ayırma (250 x 3%) və 0,5 faiz icbari sığorta -1,25 manat tutulduqdan sonra yerdə qalan 230,47 manatın (250 -10,78 -7,5-1,25) 25%-i hesablanmalı və alı-nan 57,62 manat (230,47x25%) aliment kimi ödənilməlidir.

Qeyd edək ki, Vergi Məcəlləsinin 102.1.5-ci maddəsinə əsasən Alimentlər də gəlir vergisindən azaddır. Alimenti ödəyən şəxs yox, onu alan şəxs həmin aliment məbləği qədər gəlir vergisindən azaddır. Tutaq ki, işçinin aylıq əməkhaqqı 100 manatdır. İşçi boşandığına görə ayda 40 manat aliment alır. Aliment onun iş yerinə ödənilir. Bu zaman işçinin aylıq gəliri 140 manat olsa da, onun 100 manatı gəlir vergisinə cəlb olunacaq.

“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA

Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.

Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.

Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

 (əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət  və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər