İnzibati tənbehi prosesi necə aparılmalıdır? (Nümünəvi forma)

İnzibati tənbehi prosesi necə aparılmalıdır? (Nümünəvi forma)

"Əmək Münasibətləri: A-dan Z-yə" kitabından seçmə

İlk öncə intizam tənbehi ilə bağlı Əmək Məcəlləsindən çıxarışa diqqət yetirək:

Maddə 187.  İntizam tənbehinin verilməsi qaydaları

  1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
  2. İntizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.
  3. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftişinin aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz.  Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. 

Maddə ilə bağlı qeydlərimiz aşağıdakı kimidir:

-              İntizam tənbehi verilməmişdən əvvəl işçinin izahatı alınmalıdır;

-              İşçi izahat verməyə də bilər, amma bu onu məsuliyyətə cəlb olunmaqdan azad etmir;

-              İntizam pozuntusunu sübüt etmək üçün yaxşı olardı ki, işəgötürən tərəfindən müəyyən sübut, sənəd və faktlar toplanılsın;

-              İntizam tənbehi pozuntusu o baş verəndən sonra maksimum 1 ay ərzində verilə bilər.

İndi isə ki, qeyd olunanları misal üzərində nəzərdən keçirək.

Tutaq ki, "AA" MMC-nin işçisi, mühəndis Əliyev Sabir İslam oğlu işə 1 saat gecikib. Bu hal işə davamiyyət tabelində əks olunub. Cəmiyyətdə iş saat 9.00-da başlayır. Bu zaman işçidən izahat almaq lazımdır. İzahatın nümunəvi forması aşağıdakı kimidir.

                                                -------------------------------------------------------------------------------------------------------------                             

                               "AA"  MMC-nin rəhbərliyinə 

                              Cəmiyyətdə mühəndis kimi çalışan

                               Əliyev Sabir İslam oğlu tərəfindən

 

 

                                               İ   Z   A   H    A    T

 

                Bildirirəm ki, həqiqətən də _______tarixində cəmiyyətin işə davamiyyət qaydalarını pozmuşam. "AA" MMC-də işə başlama vaxtı 9.00 olmasına baxmayaraq, mən 10.00-da işə gəlmişəm. Bu gecikmə nəqliyyatda olan tıxaclarla (başqa bir əsas da gətirmək olar) bağlıdır.

                Çalışacağam kimi gələcəkdə bu hal bir daha təkrar olunmasın.

                Xahiş edirəm, bunu nəzərə alasınız.

 

İmza:                                    Əliyev Sabir İslam oğu

 

"___"_________20____il.

                                                -------------------------------------------------------------------------------------------------------------                 

Nəzərə alaq ki, "AA" MMC-nin rəhbərliyi işçiyə tənbeh yox, şifahi xəbərdarlıq etməklə kifayətlənir. Yaxşı olar ki, cəmiyyətin kadrlar üzrə mütəxəssisləri tabeldən çıxarışı həmin ərizənin arxasına tiksinlər.

 

“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA

Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.

Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.

Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

 (əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət  və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

 
 
 

1 Komment

  1. Bəxtiyar 16 Oktyabr 2022

    Burda nese ziddiyet var.Bir yerde yazilib intizam tenbehi qayda pozuntusu olandan bir ay erzinde verilmelidir. Diger yerde yazilib pozuntu olandan 6 ay keçdikdən sonra verilə bilmeZ. Burda hansi duzdur

Şərh yazın