Əmək məzuniyyətinin başqa vaxta keçirilməsi necə rəsmiləşdirilməlidir? (NÜMÜNƏVİ FORMA)

Əmək məzuniyyətinin başqa vaxta keçirilməsi necə rəsmiləşdirilməlidir? (NÜMÜNƏVİ FORMA)

"Əmək Münasibətləri: A-dan Z-yə" kitabından seçmə

Əmək məzuniyyətinin başqa vaxta keçirilməsi hökmən işçi ilə işəgötürənin razılığı əsasında olmalıdır. Yəni, işçi və işəgötürən ayrı-ayrılıqda əmək məzuniyyətini başqa vaxta keçirə bilməzlər. Təbii ki, əmək məzuniyyətinin başqa vaxta keçirilməsi tərəflərdən birinin təşəbbüsü ilə olmalıdır.

İşçinin təşəbbüsü ilə aşağıdakı hallarda əmək məzuniyyəti başqa vaxta keçirilə bilər:

  1. a) Əmək qabiliyyəti müvəqqəti itirildikdə;
  2. b) Əmək məzuniyyəti ilə sosial məzuniyyət bir vaxta düşdükdə;
  3. c) İşəgötürənin tapşırıqlarını yerinə yetirmək üçün başqa yerə ezam edildikdə.

İşçiyə əmək məzuniyyətinin müəyyən edilmiş növbədə nəzərdə tutulan vaxtda verilməsinin istehsalın, işin, xidmətlərin normal gedişinə xələl gətirə biləcəyi hallarda işəgötürənin təşəbbüsü və işçinin razılığı ilə əmək məzuniyyəti başqa vaxta keçirilə bilər.

 Əmək məzuniyyətinin başqa vaxta keçirilməsi ilə bağlı bir neçə nümunəvi forma təqdim edək:

———————————————————————————-

Əmək məzuniyyətinin başqa vaxta keçirilməsi haqqında razılaşma

 

Bakı ş.                                  «___»____________200__- ci il.

 

Biz bu, razılaşmanı imzalayanlar: «AA» MMC-nin direktoru («İşəgötürən») ______________________________ və («İşçi») Əliyev Məmməd Əli oğlu bu sənədi ona görə imzalayırıq ki, işçi Əliyev Məmməd Əli oğluna əmək müqaviləsinə əsasən, 01 mart 2016-cı il tarixindən 01 mart 2017-ci il tarixinə kimi olan iş ili üçün (razılaşdırılmış 01 mart 2017-ci il tarixindən 31 mart 2017-ci il tarixinə) veriləsi növbəti əmək məzuniyyəti Əmək Məcəlləsinin 134-cü maddəsinə əsasən və istehsalat zərurəti ilə əlaqədar, yəni, hazırda işəgötürənin istehsalat sahəsi üçün çox vacib işçi olduğuna görə, başqa vaxta - 01 aprel 2017-ci il tarixindən 01 may 2017-ci il tarixinə keçirilsin.

 

Razılaşmanı imzalamaqla «İşəgötürən» və «İşçi» növbəti əmək məzuniyyətinin başqa vaxta keçirilməsinə razılaşdıqlarını bildirirlər.

 «AA» MMC-nin direktoru («işəgötürən»): ________________

 

«İşçi»_________________

 ———————————————————————————-

“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA

Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.

Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.

Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

 (əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət  və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

 
 
 

0 Komment

    Şərh yazın