Nümünəvi 2 hal üzrə inzibati tənbehin izahı
“Əmək Münasibətləri: A-dan Z-yə” kitabından seçmə
1-ci hal: Tutaq ki, "AA" MMC-nin işçi Əliyev Sabir İslam oğlu xəzinədar vəzifəsində çalışır. İşçi ilə həm əmək müqaviləsi, həm maddi məsuliyyət haqqında müqavilə bağlanılıb. Fevral 2018-cü il üçün işçi müvafiq kassa hesabatını mühasibatlığa təqdim etməyib. Belə ki, kassa hesabatının təqdim olunması kassirin birbaşa vəzifələrinə aiddir. Mühasibatlığın şifahi xəbərdarlığından sonra Əliyev Sabir İslam oğlu hesabatı təqdim etmədiyindən baş mühasib rəhbərliyə yazılı məlumat verib.
2-ci hal: İnventarizasiya komissiyası kassada inventarizasiya aparıb. İnventarizasiya nəticəsində kassada 10.000 manat çatışmazlıq müəyyən olunub. Və kassir izahat verməkdən və çatışmayan məbləği bərpa etməkdən imtina edib.
Birinci hal işçinin konkret vəzifə öhdəliklərini yerinə yetirməməsi ilə bağlıdır. Rəhbərliyin qərarı ilə həmin kassir aşağıda təqdim edəcəyimiz intizam məsuliyyətinə cəlb olunur və tənbeh verilir.
İkinci hal isə işçinin hərəkətlərində cinayət əməlinin olması ilə bağlıdır. Burada intizam tənbehindən söhbət gedə bilməz. Əlbəttə ki, rəhbərliyin qərarı ilə araşdırmalar aparıla və hüquq-mühafizə orqanlarına müvafiq məlumat verilər bilər.
“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA
Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.
Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.
Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:
012 564 86 85, 050 368 12 72, [email protected]
Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA
15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),
8 MÖVZUDA ŞƏRHLƏR
(əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)
Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:
012 564 86 85, 050 368 12 72, [email protected]
0 Komment
Şərh yazın