Məzuniyyət əmri necə hazırlanmalıdır? (Nümünəvi forma)

Məzuniyyət əmri necə hazırlanmalıdır? (Nümünəvi forma)

"Əmək Münasibətləri: A-dan Z-yə" kitabından seçmə

İşəgötürən isə işçi əmək məzuniyyətinə çıxmamışdan ən azı 5 gün əvvəl aşağıdakı məzmunda əmr verməli və işçi əmrlə tanış olmalıdır.

———————————————————————————-

«AA» MMC
üzrə ƏMR № ____/k

                                                                                      Ünvan: (hüquqi və faktiki                                                                  23 fevral 2017- ci il  
ünvan tam olaraq yazılmalıdır)
& 01

«AA» MMC-də _____________vəzifəsində çalışan
Əliyev Məmməd Əli oğlu 01.03.2016-cı ildən 01.03.2017-ci ilə kimi olan iş ili üçün 14 gün müddətində 01.03.2017-cü ildən 15.03.2017-ci ilə kimi növbəti əsas əmək məzuniyyətinə buraxılsın.
İşçi 15.03.2017-ci ildə işə başlayır.


Əsas: Əliyev Məmmədin ərizəsi

«AA» MMC-nin direktoru: ________________________

İşçi (tanış oldum):_________________ Əliyev Məmməd Əli oğlu


———————————————————————————-

“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA

 Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.

Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.

Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

 (əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət  və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

 

 
 
 

5 Komment

  1. Ləman Səlimova 13 Sentyabr 2018

    Salam.zəhmət olmasa mənə yazardlz.işçiyə 1 ay müddətində ödənişsiz məzuniyyət verilə bilər??.2 ci sualım.əgər işçi 2017 ci il martın 3 də işə giribsə əmr belə verilə bilər? Yəni srntyabrda 03 .03 2017 ci ildən 03.03 .2018 ci ilə kimi olan iş ili üçün 10 sentyabr 2018 ci ildən əmək məzuniyyətinə buraxılsın .xahiş edirəm cavablandırasız

  2. Anar 19 Avqust 2019

    salam. məzuniyyət əmri hazırlanarkən həmin dövrə düşən bayram günlərinin əmək haqqı necə hesablanır. əvvəlcədən təşəkkürlər

  3. Aytən 21 Yanvar 2021

    Salam bir işçiyə əmək məzuniyyət əmri yazmaq istəyirəm ümumi 49 günü var və mənə deyilib ki, hamısını əmrdə qeyd edim. Əmrdə mən necə qeyd etməliyəm 49 günü? məsələm 36 gün olanda yanvar ayın 5dən verəndə əmri orda qeyd edirəm ki, 30 əsas+6 staj+1 gündü hüzn günü kimi qeyd edilir. Bəs 49 gündə necə göstərsəm düzgün olar? Zəhmət olmasa məlumat vererədiz ətraflı

  4. Fizuli 24 İyun 2021

    Salam. İşçinin əmək məzuniyyəti günlərinə təsadüf edən qeyri iş günləri sayılan bayram günlərinə görə məzuniyyətə əlavə gün əlavə edilməlidirmi? Hal-hazırda Azərbaycanda məzuniyyət dövrünə təsadüf edilən bayram günlərinə görə haqqı ödənilmədən əlavə günlər daxil edilir. Bu nə qədər doğrudur. İşçi heç bir haqq almadan bir neçə gün ərzində işdən uzaqlaşdırılır və heç bir haqq vermədən. İşçi bu təqdirdə işləyib qanunla alaçağı qazancından məcburi qaydada məhrum edilir. Xahiş edirəm imkan varsa bu məsələyə aydınlığ gətirərdiniz.

  5. Brilliant 12 Dekabr 2022

    Salam iwcinin mezuniyyet emri 30 gundu. Dekabr ayinin 1 den mezuniyyete cixir dekabrin 31 bayram gunune duwur 1-2-3 de bayramdi ona bayrama gore 4 gun yazilirmi yoxsa iwe cixma tarixi 31 yazilir.

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər