Əmək haqqı ödənişi gecikdikdə, hansı halda faiz hesablanmır?

Əmək haqqı ödənişi gecikdikdə, hansı halda faiz hesablanmır?

"Əmək Münasibətləri: A-dan Z-yə 2018 kitabından seçmə"

Təcrübədə işçi ilə işəgötürən arasında rast gəlinən narazılıqlardan biri də əməkhaqqının ödənilməsi tarixidir. Əmək Məcəlləsinə əsasən, aylıq əməkhaqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans və qalıq hissə) on altı gündən çox olmayan fasilə ilə ayda iki dəfə verilməlidir. Əməkhaqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayaraq maaş verilməlidir.

Əməkhaqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə bir gün əvvəl verilməlidir. İşçi işdən çıxarkən isə ona düşən bütün ödənişlər tam olaraq işdən çıxdığı gün verilməlidir.
Əməkhaqqının verilməsi işəgötürənin təqsiri üzündən (əməkhaqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda) gecikdirildikdə, əgər bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, onda hər gecikdirilmiş gün üçün işçiyə əməkhaqqının azı 1 (bir) faizi məbləğində əlavə verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda isə, məsələ əmək mübahisələri kimi nəzərdə tutulan qaydada həll edilir.
Əməkhaqqının gecikdirilməsi işəgötürənin təqsiri olmadan (təşkilatın müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi) baş verərsə, onda heç bir faiz hesablanılmır.

“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA

 Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.

Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.

Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

 

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

 (əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət  və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

0 Komment

    Şərh yazın