İşçinin Əmək şəraitinin dəyişməsi dedikdə nə başa düşülür?

İşçinin Əmək şəraitinin dəyişməsi dedikdə nə başa düşülür?

«Əmək Münasibətləri: A-dan Z-yə 2018” kitabından seçmə
Əmək şəraitinin dəyişməsi dedikdə, əsasən yaxşı şəraitin pisləşməsi başa düşülür. Məsələn, işçinin yüksək əməkhaqqıdan daha aşağı əməkhaqqılı işə, yaxud daha pis sanitar normalara cavab verən iş yerlərinə keçirilməsi. Belə hallarda işəgötürən işçiyə əmək şəraitinin dəyişdirilməsi barədə 1 ay qabaqcadan xəbərdarlıq etməlidir. Xəbərdarlıq əmr formasında olmalıdır.
İşçilərin attestasiyası ilə bağlı yaradılan komissiya qərarı necə formalaşır?

İşçilərin attestasiyası ilə bağlı yaradılan komissiya qərarını gizli və ya açıq səsvermə yolu ilə, sadə səs çoxluğu ilə qəbul edir. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olub-olmaması haqqında 2 qərardan yalnız birini qəbul edir:
a) Tutduğu vəzifəyə uyğundur;
b) Tutduğu vəzifəyə uyğun deyil.
Attestasiya komissiyası bununla yanaşı işçini həvəsləndirmək, ixtisasını, əməyin ödənilmə dərəcəsini artırmaq, əmək müqaviləsində göstərilən vəzifə maaşını dəyişdirmək (qanunvericilikdə müəyyənləşdirilən səviy­yədən aşağı olmamaq şərti ilə), ixtisasartırmaya göndərmək, vəzifədə irəli çəkilmək üçün ehtiyat kadrlar siyahısına daxil etmək, işçini razılığı ilə başqa işə keçirmək, tutduğu vəzifəyə uyğun olmadıqda, işdən azad etmək, əməyin ödənilmə dərəcəsini aşağı salmaq haqqında, həmçinin attestasiyadan keçmiş şəxslərin fəaliyyətinin yaxşılaşdırılmasına dair tövsiyələr verir. Attestasiya komissiyası attestasiyanın nəticələrinə görə ixtisas tələblərində qoyulmuş xüsusi hazırlığı və iş stajı olmayan, ancaq üzərinə qoyulan vəzifələri keyfiyyətlə yerinə yetirən və lazımi təcrübəsi olan işçini müstəsna hallarda xüsusi hazırlıq və iş stajı tələb edən vəzifəyə təyin edilməsinin mümkünlüyü barədə tövsiyə verə bilər. Attestasiya komissiyası müvafiq tövsiyələrini əsaslandırmalıdır.

 

“Əmək münasibətləri A-dan Z-yə” kitabı SATIŞDA

 Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.

Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.

Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

 

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

 (əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət  və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

1 Komment

  1. Eli 06 İyun 2020

    2 ci qrup Elili emek şeraitinin deyişdirilmesi ile elaqedar emek haqqı aşağı salına bilermi? Xahiş edirem cavablandırasınız

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər