İşçiyə Əmək kitabçasının əldə edilməsi proseduru necə həyata keçirilir?

İşçiyə Əmək kitabçasının əldə edilməsi proseduru necə həyata keçirilir?

“Əmək Münasibətləri: A-dan Z-yə 2018” kitabından seçmə
Əmək kitabçası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Baş Məşğulluq İdarəsi tərəfindən təmin olunur. Əmək kitabçası əldə etmək üçün işəgötürən hökmən rayon məşğulluq idarəsinə yazılı müraciət etməlidir.

Ancaq müraciətdən əvvəl işəgötürən məşğulluq idarəsində qeydiyyata durmalıdır. Bəzən məşğulluq idarəsinin vəzifəli şəxsləri işəgötürənlərdən tələb edirlər ki, «Bir pəncərə» sistemi ilə qeydiyyatdan keçdikdən sonra, ikinci dəfə onlarda qeydiyyata dursunlar, yalnız bundan sonra hesabat verə bilərlər, əks halda inzibati məsuliyyətə cəlb olunacaqlar. Onlar bunu «Məşğulluq haqqında» qanuna əsaslanaraq tələb edirlər. Əgər elədirsə, onda «Bir pəncərə» prinsipi ilə qeydiyyat nəyə lazımdır? DSMF orqanları bu məsələdə Vergilər Nazirliyi ilə necə əməkdaşlıq edirsə, məşğulluq, statistika orqanları da Vergilər Nazirliyi ilə işbirliyi qurmalıdır ki, vaxtında «Bir pəncərə» sistemi vasitəsilə qeydiyyatdan keçmiş işəgötürəni özlərində də qeydə alsınlar. «Bir pəncərə»də qeydiyyatdan keçmiş işəgötürən hesabat vaxtı çatanda heç bir qeydiyyatsız-filansız məşğulluq idarələrinə hesabat verə, eyni zamanda əmək kitabçaları almaq üçün məktubla müraciət edə bilər.

 

“Əmək münasibətləri A-dan Z-yə” kitabı SATIŞDA

 Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.

Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.

Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

 

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

 (əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət  və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

1 Komment

  1. [email protected] 21 May 2022

    Qalaqramlidir? Ededin qiymeti necedir? Harden elde ede bilerem?

Şərh yazın

Xəbərlər