Əmək stajına görə əlavə məzuniyyət necə tənzimlənir?
“Əmək Münasibətləri: A-dan Z-yə 2018” kitabından seçmə
Əmək Məcəlləsində digər hal kimi əlavə məzuniyyət günləri əmək stajına görə verilir. Bu halda əmək stajına uyğun olaraq əsas məzuniyyətə əlavə məzuniyyət günləri verilir və bu aşağıdakı kimi tənzimlənir:
Əmək stajından asılı olaraq işçilərə:
- Beş ildən on ilədək əmək stajı olduqda — 2 təqvim günü;
- On ildən on beş ilədək əmək stajı olduqda — 4 təqvim günü;
- On beş ildən çox əmək stajı olduqda — 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir.
Əmək Məcəlləsində əvvəllər əmək stajına görə əlavələr işçinin bir müəssisədə çalşdığı illərə görə edilirdi. Məsələn, işçi bir müəssisədə 5 il işləməliydi ki, ona 2 gün əlavə məzuniyyət verilə bilsin. Təbii ki, bu, düzgün addım deyildi. Bir neçə il əvvəl Məcəllədə dəyişiklik olundu. Artıq əmək stajına görə əlavə məzuniyyətin müddəti işçinin, ümumiyyətlə işəgötürənlə əmək müqaviləsi bağlayıb faktiki işlədiyi dövrə əsasən müəyyən edilir. Əmək stajını işçinin əmək kitabçasına əsasən müəyyənləşdirmək olar.
“Əmək münasibətləri A-dan Z-yə” kitabı SATIŞDA
Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.
Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.
Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:
012 564 86 85, 050 368 12 72, [email protected]
Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA
15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),
8 MÖVZUDA ŞƏRHLƏR
(əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)
Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:
012 564 86 85, 050 368 12 72, [email protected]
0 Komment
Şərh yazın