Həmkarlar ittifaqına ödənişdə 4 gün məsələsi

Həmkarlar ittifaqına ödənişdə 4 gün məsələsi

“Əmək Münasibətləri: A-dan Z-yə 2018” kitabından seçmə
Həmkarlar ittifaqına üzvlüyün könüllü, yoxsa məcburi olması, üzvlük haqqının məbləği barədə də məlumat verməyi zəruru saydıq. Bu məsələ ilə bağlı son zamanlar həm mətbuatda çoxlu məlumatlar verilir, həm də təşkilatlarda buna meylilik artıb. Əlbəttə ki, bu çox yaxşı addımdır. Həmkarlar İttifaqlarının fəaliyyəti «Həmkarlar İttifaqı haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Maddə 1. Əsas anlayışlar
Həmkarlar ittifaqları istehsal və ya qeyri-istehsal sahələrində çalışan işçilərin, habelə pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün iş yeri, peşələr, sahələr üzrə və respublika səviyyəsində fərdi üzvlük prinsipi əsasında könüllü birləşdiyi, nizamnamələri və bu Qanun əsasında fəaliyyət göstərən müstəqil ictimai, qeyri-siyasi təşkilatdır.
Maddədən tam aydın olur ki, işçilər hər hansı bir həmkarlar itifaqına könüllülük prinsipi əsasında üzv ola bilərlər. Bunu işəgötürən yox, işçilər etməlidirlər. Üzvlük haqqının məbləği qanunla müəyyənləşdirilməyib. Mümkündür ki, “A” müəssisəsində həmkarlar təşkilatına üzvlük haqqı 1%, “S” müəssisəsində isə üzvlük haqqı 3% olsun.
Nazirlər Kabinetinin 227 saylı, 12 oktyabr 2012-ci il qərarı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2012-2013-cü illər üçün bağlanmış Baş Kollektiv Sazişə dəyişiklik edildikdən sonra üzvlük haqqının ödənilməsi müddəti dəqiqləşdirilib. Dəyişikliyə qədər vergilərin, DSMF-ə ödənişlərin son vaxtı qanunla müəyyənləşdirilmişdi, amma həmkarlara üzvlük haqlarının vaxtı müəyyən edilməmişdi. Bir çox dövlət orqanları bu boşluqdan istifadə edərək üzvlük haqqlarını ödəmirdilər. Son müddət müəyyən olunmadığından ödənişlərin gecikdirilməsinə görə cərimələr tətbiq oluna bilmirdi. Qeyd edilən tarixdəki dəyişiklikliyə görə, artıq bu ay hesablanılmış üzvlük haqqı növbəti ayın birinci 4 iş günü müddətində ödənilməlidir.

 

“Əmək münasibətləri A-dan Z-yə” kitabı SATIŞDA

 Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.

Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.

Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

 

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

 (əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət  və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər