Əmək Məcəlləsinin şamil edilmədiyi şəxslərlə bağlı İNCƏ MƏQAM

Əmək Məcəlləsinin şamil edilmədiyi şəxslərlə bağlı İNCƏ MƏQAM

“Əmək Münasibətləri: A-dan Z-yə 2018” kitabından seçmə
Əmək Məcəlləsinin 6-cı maddəsində Məcəllənin şamil edilmədiyi şəxslər göstərilib.

Aşağıdakı şəxslərə Əmək Məcəlləsi şamil olunmur:
a) Hərbi qulluqçulara;
b) Məhkəmə hakimlərinə;
c) Milli Məclisin deputatlarına və bələdiyyələrə seçilmiş şəxslərə;
ç) Xarici ölkənin hüquqi şəxsi ilə həmin ölkədə əmək müqaviləsi bağlayıb əmək funksiyasını Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisədə (filialda, nümayəndəlikdə) yerinə yetirən əcnəbilərə;
d) Podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə.
Əmək Məcəlləsi şamil olunmayan şəxsləri misallarla nəzərdən keçirək:
İlkin təəssürat belə ola bilər ki, əgər yuxarıdakı maddədə göstərilən iş yerlərində Əmək Məcəlləsi tətbiq olunmursa, deməli, orada əmək müqaviləsi də bağlanılmamalıdır. Ancaq bu, belə deyil. Belə ki, iş yeri və iş yerində çalışan işçi başqa-başqa məfhumlar olduğuna görə, bu anlayışlardan birinə şamil olunanı digərinə aid etmək yolverilməzdir.
Hərbi hissə hüquqi şəxs olduğundan orda həm hərbi qulluqçu, həm hərbi rütbəsi olmayan mülki işçi çalışa bilər. Əmək Məcəlləsinə əsasən, bu halda hərbi qulluqçu ilə əmək müqaviləsi bağlanılmır, amma mülki işçi ilə bu prosedur həyata keçirilir.
Və yaxud deputatlar Milli Məclisə xalq tərəfindən seçildiklərindən onlarla əmək müqaviləsi bağlanılmır. Amma Milli Məclis aparatında işləyən şəxslər seçilməyiblər, təyin olunublar, həmin işçilərlə Milli Məclis arasında əmək müqaviləsi bağlanılır və Əmək Məcəlləsinin bütün şərtləri onlara şamil olunur.

 

“Əmək münasibətləri A-dan Z-yə” kitabı SATIŞDA

 Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.

Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.

Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

 

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

 (əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət  və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər