Xaricdə iş axtaranlar üçün ÖNƏMLİ MƏLUMATLAR
“Vodafone” şirkətin qlobal satınalma üzrə eksperti Emin Quliyev linkedin səhifəsində xaricdə iş axtaranlar üçün maraqlı açıqlama verib. Həmkarlarımız üçün maraqlı olacağını nəzərə alaraq, həmin statusu Sizinlə bölüşürük:
“Avropada əksər şirkətlər digər ölkə vətəndaşlarını işə götürmür. Bunun da əsas səbələri:
•Viza prosesi: viza almanız 3-6 ay çəkə bilər. Əksər hallarda şirkətlər bu müddəti gözləmək istəmir çünki vakansiyalar üzrə 2 ay ərzində işçinin başlaması gözlənilir. Qeyd edim ki, viza dəstəyi üçün şirkətlər az məbləğ ödəmir,
•Yerli qanunlar: şirkət qeyri-avropa vətəndaşını işə götürdükdə yerli hökümətə sübut eləməlidi ki, iş elanını saytlarda yerləşdirib və müsahibələrdən sonra yerli namizədlərdən uyğun birini tapmayıb,
•Xərclər: Qeyri Avropa vətəndaşını işə dəvət edən şirkət viza və işçinin həmin ölkəyə köçmə xərclərini qarşılamalıdı,
•Vergi: Bəzi Avropa ölkələrində şirkətlər qeyri-avropa vətəndaşı olan işçiyə görə əlavə vergi ödəyir,
•Evə səyahət xərci: Məsələn mənim indi işlədiyim şirkət mənim Bakıya hər ay uçuş və dönüş xərcimi tam qarşılayır. Bütün bunları nəzərə alıb özümüzü şirkət rəhbərlərinin yerinə qoysaq yəqin ki, digər ölkə vətəndaşlarını işə götürməyə razı olmarıq.
Amma şans həmişə var! Əgər siz şirkətə xüsusi bir dəyər gətirəcəyinizə əminsinizsə sizə dünyanın hər yerindən dəvət gələcək! Uğurlar!”
SATIŞDA OLAN NƏŞRLƏRİMİZ
0 Komment
Şərh yazın