Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinin tətbiqində hansı problemlər var?
Tanınmış təlimçi Müşfiq Əmircanov sosial şəbəkədəki səhifəsində əmək müqaviləsinin xitam məsələləri ilə maraqlı və incə məqamlara aydınlıq gətirir. Həmkarlarımız üçün maraqlı olacağını nəzərə alaraq, həmin məlumatları Sizinlə paylaşırıq və Müşfiq müəllimə bu çür maarifləndirici fəaliyyətinə görə təşəkkür edirik.
Müvafiq bənd müəssisənin ləğvinə əsasən işçilərin əmək müqaviləsinə xitam verilməsini nəzərdə tutur. "Müəssisə"nin tərifi ƏM-nin 3-cü maddəsində verilmişdir: "Müəssisə ... hüquqi şəxs, onun və xarici hüquqi şəxsin filialı, nümayəndəliyi hesab olunur."
Dövlət orqanları hüquqi şəxs sayılmırlar (MM-nin 43-cü maddəsinin 3-cü hissəsi). Burada sual yaranır, hansısa dövlət orqanı ləğv olunduqda işçilər hansı əsasla işdən azad olunacaq. Burdan görünür ki, Məcəllə "müəssisə" anlayışını çox dar çərçivədə götürərək onu yalnız hüquqi şəxslər, filial və nümayəndəliklə məhdudlaşdırmışdır. Bu halda dövlət qulluqçularının dövlət qulluğuna "Dövlət qulluğu haqqında" qanunun 33.1.2.-cü maddəsinə əsasən xitam verilsə də, həmin orqanlarda dövlət qulluqçusu olmayan xeyli sayda işçilərinin əmək müqaviləsinə xitam verilməsi zamanı problem yarana bilər.
Digər bir problem sahibkar fiziki şəxslərlə bağlıdır. İşəgötürən olan fiziki şəxsin ləğv edilməsi (uçotdan çıxarılması) zamanı işçilərin taleyi məsələsi açıq qalır. Onları ƏM-nin 70-ci maddəsinin "a" bəndi ilə çıxarmaq doğru deyil, çünki bu, ancaq müəssisəyə aiddir və fiziki şəxs müəssisə deyil.
Ona görə də fikrimcə ƏM-də "müəssisə" anlayışına dövlət orqanları ifadəsi daxil edilməli, 70-ci maddənin "a" bəndi dəyişdirilərək "müəssisə ləğv edildikdə və ya fiziki şəxsin fəaliyyətinə xitam verildikdə" şəklində yazılmalıdır.
SATIŞDA OLAN NƏŞRLƏRİMİZ
1 Komment
Rahib 25 Yanvar 2022
Salam Ən son İZahlı əmək qanunvericiliyi kitabını necə və hansı qiymətə əldə edə bilərəm
Şərh yazın