Direktorun işdən çıxması barədə əmr hazırlanmalıdır?
Tanınmış təlimçi Müşfiq Əmircanov sosial şəbəkədəki səhifəsində əmək müqaviləsinin xitam məsələləri ilə maraqlı və incə məqamlara aydınlıq gətirir. Həmkarlarımız üçün maraqlı olacağını nəzərə alaraq, həmin məlumatları Sizinlə paylaşırıq və Müşfiq müəllimə bu çür maariflənidirici fəaliyyətinə görə təşəkkür edirik.
Sual: Direktorun işdən çıxması barədə əmr olmalıdırmı?
Cavab: Şirkətin rəhbərinin işdən azad olunması təcrübədə adətən təsisçilərin qərarı ilə verilir. Buna əlavə olaraq xitam əmrinin verilməsi isə mütləq deyil, çünki ƏM-nin 83 və 84-cü maddələrində müvafiq sənədləşmə üçün işəgötürənin əmr, sərəncam və ya qərarının olması tələb olunur. Ona görə də təsisçilərin qərarı varsa, əlavə əmrin verilməsinə ehtiyac qalmır. Sadəcə bu zaman qərarda ƏM-nin 84-cü maddəsindəki məlumatların göstərildiyinə əmin olmaq lazımdır.
SATIŞDA OLAN NƏŞRLƏRİMİZ
1 Komment
Əsədova Elşanə 20 Aprel 2022
Salam . Müəssisənin rəhbərinin dəyişiklik məlumatı necə iş gününə vergi orqanına bildirilməlidir?
Şərh yazın