Pis işçini işdən çıxarmaq: su içmək kimi asandır, yoxsa Sizif əməyi kimi nəticəsiz əziyyətdir?

Pis işçini işdən çıxarmaq: su içmək kimi asandır, yoxsa Sizif əməyi kimi nəticəsiz əziyyətdir?

Xəbər verdiyimiz kimi, BP-nin London ofisinin Qlobal Biznes Xidmətlərində insan resursları üzrə direktoru Leyla Novruzova Azərbaycanın əmək qanunvericiliyinin mövcud səviyyəsilə bağlı narazılığını bildirmişdi. Leyla xanım hesab edir ki, şirkətlər işlərini yaxşı görməyən işçiləri əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq işdən çıxartmaqda çətinliklərlə üzləşirlər.

“AİRP 2018 - İnsan resursları konfransı və sərgisi”ndə digər tanınmış HR mütəxəssisi, Azərbaycan Beynəlxalq Bankın İnsan resursları departamentinin direktoru Şölə Əkbərova isə bildirib ki, bu məsələdə daha çox məsuliyyət menecerin üzərinə düşür: “Menecer gündəlik olaraq, işçinin işini və davranışlarını nəzarətdə saxlamalı, onun pozitivlə yanaşı, neqativ tərəflərinə uyğun sənədləşmələr (xəbərdarlıq, töhmət və s.) aparmalıdır.”

Ötən həftənin aktual hadisəsi olan məsələ ilə bağlı oxucularımızın rəyləri də birmənalı olmayıb.

Daimi oxucumuz İlqar Əsədov HR menecerlərin fikirləri ilə razılaşmır: “Azərbaycanda işçini işdən çıxarmaq su içmək kimi asan bir işdir. İşçinin marağını müdafiə edən həmkarlar təşkilatı yox, vəkili yox, özünün imkanı yox. Yoxsa siz hesab edirsiniz ki, öz işini yaxşı görə bilməyən işçinin hüquqi bilikləri daha çoxdur? Əgər işçi işini pis görürdüsə, öz vəzifə öhdəliyini layiqincə yerinə yetirə bilmirdisə, nə üçün onu işə götürmüsünüz? HR hara baxırdı?”

Digər oxucumuz da İlqar müəllimin fikrinə həmrəylik nümayiş etdirib: “ Pis işçiyə intizam tənbeh tədbiri görürsünüz, 6 ay ərzində təkrar qayda pozuntusu edərsə, işdən çıxara bilərsiz.  Bir gün icazəsiz, üzrsüz işə gəlməsə çıxara bilərsiz. Sərxoş vəziyyətdə işə gələrsə və ya işdə sərxoş olarsa, işdən çıxara bilərsiz. Attestasiya keçirərək işçinin tutduğu vəzifəyə uyğun olmadığını isbat etsəniz, işçini işdən çıxara bilərsiz...
Daha nə istəyirsiz?”

Malik Tağıyev adlı oxucumuz isə Şölə xanımın fikrinə dəstək verib: “ Şölə xanım Əkbərovanın fikirləri ədalətlidir. Azərbaycan əmək qanunvericiliyi bu sahədə əhatəlidir. Doğru fikirdir ki, idarəedənlər (menecerlər) işlərini düzgün qura bilsinlər.”

 

SATIŞDA OLAN NƏŞRLƏRİMİZ

3 Komment

  1. Elyar Həsənov 20 İyun 2018

    Azərbaycan Respublikasının əmək qanunvericiliyi əməmk müqaviləsinə xitam verilməsi məsələlərində sosialist yönümlüdür və məncə ədalətli deyildir. Xüsusi mülkiyyətə əsaslanan təşkilatlardan işəgütürənə işçini bir müddət əvvəldən xəbərdar etməklə əmək müqaviləsinə səbəb göstərmədən, birtərəfli qaydada xitam vermək imkanı nəzərdə tutulmalıdır.

  2. Elyar Həsənov 20 İyun 2018

    Azərbaycan Respublikasının əmək qanunvericiliyi əməmk müqaviləsinə xitam verilməsi məsələlərində sosialist yönümlüdür və məncə ədalətli deyildir. Xüsusi mülkiyyətə əsaslanan təşkilatlardan işəgütürənə işçini bir müddət əvvəldən xəbərdar etməklə əmək müqaviləsinə səbəb göstərmədən, birtərəfli qaydada xitam vermək imkanı nəzərdə tutulmalıdır.

  3. Elnar 29 Avqust 2022

    Salam meni muqavilem bitib meni isden cxarsalar mene tezminat pulu verilmelidi?

Şərh yazın

Xəbərlər