Banklar nağdlaşdırma zamanı niyə vergi ödəyicisindən əlavə sənədlər tələb edir?
28 may 2018-ci il tarixdə Milli Mühasiblər Forumu çərçivəsində keçirilən seminarda bəzi bankların nağdlaşdırma zamanı vergi ödəyicilərindən əlavə sənədlər (müqavilə, hesab-faktura və s.) tələb etməsi müzakirə obyekti olub. mks.az saytının eksperti, Auditorlar Palatasının üzvü, sərbəst auditor Altay Cəfərov bildirib ki, bununla bağlı xüsusi araşdırma aparıb:
“Banklarla vergi ödəyiciləri arasında bu tip problemlər çıxdığı zaman, vergi ödəyici olaraq banka rəsmi müraciət etdik. Rəsmi müraciət zamanı soruşduq ki, bank hansı əsaslarla vergi ödəyicisindən əlavə sənədlər tələb edir. Bank rəsmi cavabında bildirdi ki, “Nağsız Hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanunun 4.1-ci bəndinə əsaslanırlar. Qeyd edim ki, Qanunun 4.1.-ci maddəsində bildirilir ki, bu Qanunun tələblərinə riayət edilməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Bu bənddəki müvafiq icra hakimiyyəti orqanı Maliyyə Bazarlarına Nəzarət Palatasıdır. Maliyyə Bazarlarına Nəzarət Palatasının vergi ödəyicisindən hansı hallarda əlavə sənədlər tələb etməsilə bağlı hər hansı daxili təlimatı və ya qaydası yoxdur.”
SATIŞDA OLAN NƏŞRLƏRİMİZ
0 Komment
Şərh yazın