Prezidentin fərmanı ilə əmək müqaviləsi kağız üzərində yazılı formada bağlanması mümkün olan vəzifələrə dəyişiklik edildi

Prezidentin fərmanı ilə əmək müqaviləsi kağız üzərində yazılı formada bağlanması mümkün olan vəzifələrə dəyişiklik edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 may 2018-ci il tarixli fərmanı ilə Dövlət orqanlarında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranan vəzifələrin (peşələrin) Siyahısında dəyişiklik edilib.

Dəyişikliyə əsasən,   2014-cü il 8 iyul tarixli 206 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranan vəzifələrin (peşələrin) Siyahısı”nın 4-cü hissəsindən “, xarici işlər və feldyeger rabitəsi” sözləri çıxarılıb və həmin hissəyə “xüsusi rütbəli vəzifələr” sözlərindən sonra “və xarici işlər orqanlarında diplomatik rütbəli vəzifələr” sözləri əlavə edilib.

 

0 Komment

    Şərh yazın

    Xəbərlər