Prezidentin fərmanı ilə əmək müqaviləsi kağız üzərində yazılı formada bağlanması mümkün olan vəzifələrə dəyişiklik edildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 may 2018-ci il tarixli fərmanı ilə Dövlət orqanlarında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranan vəzifələrin (peşələrin) Siyahısında dəyişiklik edilib.
Dəyişikliyə əsasən, 2014-cü il 8 iyul tarixli 206 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranan vəzifələrin (peşələrin) Siyahısı”nın 4-cü hissəsindən “, xarici işlər və feldyeger rabitəsi” sözləri çıxarılıb və həmin hissəyə “xüsusi rütbəli vəzifələr” sözlərindən sonra “və xarici işlər orqanlarında diplomatik rütbəli vəzifələr” sözləri əlavə edilib.
0 Komment
Şərh yazın